Icma.az
close
up
RU
“Peşəkar”la “zinakar”ın davası

“Peşəkar”la “zinakar”ın davası

News24 saytına istinadən Icma.az xəbər verir.

Nikol Paşinyanla II Qareginin davası ləzzətli tamaşadır. O deyir, bu deyir. Deyişirlər. Hər gün qovğaya yeni-yeni adamlar qoşulur.

Axırıncı dəfə Ermənistan siyasətinin “ağsaqqal”ı Ter-Petrosyan da tərəf tutub, Qareginə qahmar çıxıb. Peşəkar intriqa ustası olan Paşinyan anındaca keçmiş kumirinin cavabını verib, deyib, o, köhnə populistdir.

Bizə güllə, qumbara, 7 metrlik raket atdırmağına baxmayın, Vovayeviç haqlıdır. Ter-Petrosyan doğrudan da populistdir, hərəkat illərindən qalma xasiyyətini tərgidə bilmir.

Düzdür, o, ermənilərin ən ağıllısı, tədbirlisi, uzaqgörənidir, amma ölkəmizə qarşı düşmənçiıiyin ən yekəsini Levon edib. Sadəcə, 30 il öncə o biri ermənilərdən fərqli olaraq, onun ağlı kəsmişdi ki, bu iş belə getməyəcək, atəşkəs sazişini sülh sazişinə çevirib barışmaq, Qarabağı götürüb söhbəti bağlamaq lazımdır. O birilər isə deyirdilər, ara, nə Qarabağ, Gəncə də bizimdir, hələ Bakıya da gedəcəyik. (Allah tərəfi, elə deyənlərin 5-6-sının niyyəti çin oldu, indi Bakıdadırlar).

Xüləs, söhbət Paşinyanla Qareginin davasından gedir və yuxarıda ərz elədik ki, Paşinyan haqlıdır. Ona görə yox ki, Qaregin subaylıq andını pozub, gəncliyində hansısa axçini üç öpüb, bir dişləyib və övlad atası olub. Əslində bu absurd qadağadır. Qədimlərdə hansısa səbəbdən belə bir yasaq tətbiq olunub, hələ də qüvvədədir. Nəticədə keşişlər və rahibələr əziyyət çəkirlər. Hətta hər il onlarla rahib və rahibənin təbiətin çağırışı qarşısında dayana bilmədikləri barədə informasiyalar yayılır. Arada yaramazlar yeniyetmə həmcinslərinə də tamah salırlar. İndi guya belə olanda yaxşı olur?

Düzünü öz dinimizin müctəhidləri tətbiq ediblər, deyiblər, gücün çatır, lap dörd arvadı birdən saxla, səfərə gedirsən, orada da müvəqqəti nikahla savaba girə bilərsən. Yəni keşişlərin günah bildikləri şeyi bizimkilər savab elan edib, məsələnin başını bağlayıblar. Xristianlar da vaxtında öz yasaqlarında cinsi məsələyə dair islahat, daha dəqiqi, ixtisar aparsaydılar, indi Paşinyan o boyda (ta nə boyda olduğunu yazmıram) katolikosu “zinakar” çıxarmazdı. İnsaf naminə deyək ki, Paşinyan bu xüsusda haqsızdır.

Amma baş nazir o məsələdə haqlıdır ki, katolikos da, o biri din xadimləri də qələtlərini eləsinlər, öz işləri ilə məşğul olsunlar, xalqa ruhaniyyatdan, mənəviyyatdan danışsınlar, siyasətdə nə işləri var.

Ermənilərin başını pozan, Qafqaza qalıcı sülh gəlməsinə imkan verməyən məhz kilsə və keşişlərdir. Allah qoymasa, onlar öz boyunlarına erməni xalqının monolitliyini və təhlükəsizliyini təmin etmək missiyası götürüblər.

Ermənilərin dövləti olmayan vaxtlarda bu, bəlkə də təbii idi, icmaları toparlayan, idarə edən struktura ehtiyac vardı. Amma ermənilərin dövləti olandan sonra kilsənin siyasi rəhbərliyə can atması ikihakimiyyətlilik yaradır. Dövlətin icraedici, qanunverici strukturları, hüquq-mühafizə orqanları, bürokratik sistemi var, kilsənin isə yoxdur. Amma kilsə hesab edir ki, hələ də ötən əsrlərdə olduğu kimi erməniləri idarə etməlidir.

Yəni Ermənistanda gedən dava nə “Paşinyan-Qaregin qovğası”dır, nə də “sekulyarizm-teokratizm ixtilafı”dır, bu, hakmiyyət davasıdır.

Hansı ölkələr ki, dini dövlətdən ayırıb, ruhaniləri Allah evinə qısnayıblar, orada firavanlıq, qanun-qayda var, hansılarda ki, ruhanilər cəmiyyətdə dominant roldadır, oradan eyzən pis soraqlar gəlir.

Paşinyan istəyir ki, ermənilər dünyəvi dövlətdə yaşasınlar və keşişlərin məkrli, qan-qadaya çağıran moizələrinə qulaq asmasınlar.

Paşinyan da, onun yanında hərlənən Ararat Mirzoyan da ağıllı adamdırlar. Yeri gəlmişkən, bəzi radikal ermənilər təklif edirlər ki, Azərbaycanla münasibətləri yaxşılaşdırmağa çağıran Ararat adını türkcəyə dəyişib Ağrı qoysun (eyni adlı dağ məsələsi). Ancaq bu adamın bicliyinə baxın, deyir ki, gəlin azərbaycanlılarla anlaşaq, barışaq, qoy ermənilər gedib Bakıda yaşasın.

Görün, txa bizim xasiyyətimizi necə bilir. Adam əmindir ki, barışıq olan kimi biz sıyılmağa başlayacağıq və təzədən “Kür, Araz, Ararat, gözəldir bu həyat, qardaş olub Hayastan-Azərbaycan” mahnısı oxuyacağıq.

Heç nə demirəm, Xankəndidə, Ağdərədə doğulmuş bir erməni axçi müğənni “Azərbaycan vətəndaşlığını qəbul edirəm, Bakıda yaşamaq və bu ölkənin şou-biznesinə qatılmaq istəyirəm” desə, əmin olun ki, ona sponsorluq etmək istəyən 7-8 “həci” və vəzifəli şəxs tapılacaq. Özlərinin də əsas arqumenti bu olacaq ki, xalqlar arasında dostluq tellərini möhkəmlətmək üçün səylərimizi birləşdirməliyik, keçmişlə yaşamaq olmaz, gələcəyə baxmalıyıq. Beləcə, səylərlə biclərin (hiyləgər mənasında) birləşməsi nəticəsində bir ayın içində o cür müğənnilər Bakıda villası da olacaq, lüks maşını da.

Yenə mətləbdən yayındıq. Söhbət Qareginlə Paşinyanın davasından gedirdi. Yekun söz budur: nə qədər ki, kilsə siyasi partiya kimi çıxış edir, ermənilər xoşbəxt olmayacaqlar. (MUSAVAT.COM)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:136
embedMənbə:https://news24.az
archiveBu xəbər 08 İyun 2025 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see368

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see338

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see325

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see266

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see259

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see245

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see238

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see217

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see198

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see198

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see194

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see189

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see185

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see179

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see178

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see171

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see171

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see168

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see166

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri