Icma.az
close
up
RU
Peşəkarlığa doğru: Dövlət qulluğunda şəffaf seçim və idarəetmədə yeni mərhələ

Peşəkarlığa doğru: Dövlət qulluğunda şəffaf seçim və idarəetmədə yeni mərhələ

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

23 iyun – Dövlət Qulluqçularının Peşə Bayramı münasibətilə Azərbaycanda dövlət idarəçiliyinin dayanıqlığını təmin edən dövlət qulluğu institutunun inkişafına nəzər yetirmək mühüm əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası, Konstitusiyamızın qəbulunun 30 illiyi və 2020-ci ildə Vətən müharibəsində qazanılmış tarixi qələbənin beşinci ildönümü fonunda 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan olunub. Bu çərçivədə dövlət idarəçiliyinin hüquqi və institusional əsaslarının möhkəmləndirilməsi prioritet məsələyə çevrilib.

Şəffaf və obyektiv sistemin əsasları

Dövlət qulluğu hər bir ölkənin idarəçilik sisteminin əsas sütunu hesab olunur. Bu strukturun səmərəliliyi yalnız orada çalışan mütəxəssislərin bilik və bacarığı ilə deyil, həm də onların ədalətli və şəffaf seçim əsasında müəyyənləşməsi ilə birbaşa bağlıdır. Bu baxımdan, Azərbaycanda Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilən dövlət qulluğuna qəbul prosesi mühüm rol oynayır. Mərkəzin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bu barədə qeyd edir:

“Dövlət qulluğuna qəbul sadəcə texniki bir proses deyil, idarəetmədə keyfiyyətin formalaşması üçün əsas mexanizmdir. Bizim məqsədimiz vətəndaşlara xidmət edən şəffaf və meritokratiya əsaslı sistem yaratmaqdır. Yüksək nəticə göstərən hər bir namizəd bu sistemdə öz yerini tapmalıdır”.

Bu yanaşma test və müsahibə mərhələlərinin təşkilinə, o cümlədən nəticələrin təhlilinə birbaşa təsir edir.

Dövlət qulluğu üzrə müsabiqə iki mərhələdən ibarətdir: test imtahanı və strukturlaşdırılmış müsahibə. Müsahibə zamanı yalnız DİM deyil, həmçinin müvafiq dövlət orqanlarının nümayəndələri və müstəqil ekspertlər iştirak edirlər ki, bu da seçimin obyektivliyini təmin edir.

Statistika və analiz: rəqəmlərin arxasındakı mənzərə

2024-cü ildə dövlət qulluğuna qəbul üzrə 12 test imtahanı keçirilib və bu imtahanlarda 16330 nəfər iştirak edib. Onlardan 4688 nəfəri lazımi bal toplayaraq sertifikat əldə edib. Demək olar ki, imtahanda iştirak edən hər üç nəfərdən yalnız biri sertifikat almağa nail olub və bu göstərici sistemin həm rəqabətqabiliyyətliliyini, həm də seçim prosesinin ciddi meyarlara əsaslandığını sübut edir. Sertifikat alanların 93,4%-i icraçı vəzifələr üzrə “BB” altqrupuna aid imtahan verən namizədlər olub.

2024-cü ildə 743 nəfər müsabiqə, 391 nəfər ümumi müsahibə, 670 nəfər isə daxili müsahibə  olmaqla ümumilikdə 1804 nəfər vəzifəyə təyin olunub, 528 nəfər isə ehtiyat kadrlar siyahısına daxil edilib. Ehtiyat kadrlar siyahısından 315 nəfər işlə təmin edilib ki, bu da davamlı monitorinq və yerləşdirmə mexanizminin mövcudluğunu göstərir.

Artan dinamika: illər üzrə müqayisə

Vakansiya sayı üzrə dinamika da dövlət orqanlarının açıq və şəffaf seçimə marağının artdığını göstərir.

2022-ci ildə 1279 vakansiya elan olunmuşdusa, 2023-cü ildə bu rəqəm 2451-ə, 2024-cü ildə isə artıq 3357-yə yüksəlib.

Cəmi iki il ərzində vakansiya sayında  2,6 dəfə artım olub. Bu, dövlət orqanlarının struktur yenilənməsi, gənc kadrlara tələbat və ehtiyat kadr mexanizminə inamın artması ilə izah oluna bilər.

Ən çox vakansiya təqdim edən qurum Qida Təhlükəsizliyi Agentliyi olub (135 yer). Bu fakt, dövlətin strateji sahələrdə — xüsusilə ərzaq təhlükəsizliyi kimi həssas sahədə — ixtisaslı kadrlara ciddi ehtiyac duyduğunu göstərir.

Regionlara diqqət və ali təhsilin rolu

Müsahibələr yalnız mərkəzi orqanlarla məhdudlaşmayıb. Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, yerli icra hakimiyyəti orqanlarının fəallığı regional idarəçiliyin də peşəkar kadrlarla gücləndirildiyini sübut edir.

Dövlət qulluğuna qəbul olan namizədlərin hansı ali təhsil müəssisəsini bitirməsi də maraqlıdır. İlk üçlükdə Bakı Dövlət Universiteti (1041 nəfər)Azərbaycan Dövlət İqtisad Universiteti (553 nəfər) və Naxçıvan Dövlət Universitetinin (487 nəfər) məzunları qərarlaşıb. Bu göstərici ali təhsil müəssisələrinin dövlət qulluğuna inteqrasiyadakı rolunu göstərməklə yanaşı, təhsilin əmək bazarına uyğunlaşmasını da əks etdirir.

Müasir idarəetməyə keçid

Azərbaycanda dövlət qulluğuna qəbul mexanizmləri artıq sadəcə hüquqi tələblərin icrası deyil, müasir idarəetməyə keçidin əsas dayaq nöqtəsinə çevrilib. Ədalətli və şəffaf seçim, fəaliyyətə əsaslanan qiymətləndirmə və ehtiyat kadr sistemindən səmərəli istifadə nəticəsində dövlət idarəçiliyində insan kapitalı keyfiyyətcə yenilənir.

Bu islahatlar təkcə struktur dəyişiklikləri deyil, dövlət və vətəndaş arasında etimad körpüsünün möhkəmlənməsigənclərin dövlət qulluğuna marağının artması və idarəetmənin çevikliyinin yüksəlməsi ilə müşayiət olunur.

Bütün bu dəyişikliklər fonunda dövlət qulluğu sadəcə “iş yeri” olmaqdan çıxaraq, cəmiyyətə xidmət, ölkənin inkişafında iştirak və vətəndaşların həyatına real təsir imkanları olan bir platforma halına gəlir. Bu da öz növbəsində idarəetmə keyfiyyətini yüksəldir, sosial sabitlik və inklüziv inkişaf üçün möhkəm zəmin yaradır.

Əminliklə demək olar ki, şəffaf və ədalətli seçim prinsipləri əsasında formalaşan bu yeni dövlət idarəçiliyi modeli ölkəmizi qarşıdakı illərdə daha səmərəli, meritokrativ, daha çevik və vətəndaş yönümlü bir idarəetmə mühitinə doğru aparacaq.

Xanlar Xanlarzadə

Dövlət İmtahna Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 İyun 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see178

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see136

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri