Icma.az
close
up
RU
“Peşən Sənsən”: Ağdaşda peşə festivalı gəncləri bir araya gətirdi

“Peşən Sənsən”: Ağdaşda peşə festivalı gəncləri bir araya gətirdi

Azertag saytına istinadən Icma.az xəbər verir.

Ağdaş, 22 may, Rəşad Türkoğlu, AZƏRTAC

Ağdaş rayonunda “Peşən Sənsən” devizi altında Peşə festivalı keçirilib. Heydər Əliyev adına parkda təşkil olunan tədbir Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi və Ağdaş Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə reallaşıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, festivalın məqsədi gənclərin və məktəblilərin peşə təhsilinə marağının artırılması, onları əmək bazarının tələblərinə uyğun peşələrlə tanış etmək və düzgün peşə seçiminə təşviq etməkdir.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Rəsmi açılış mərasimində çıxış edən Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə rayonda gənclərin təhsil və məşğulluğuna yönəlmiş layihələrin vacibliyini vurğulayıb, bu qəbildən olan təşəbbüslərin gənc nəslin peşə yönümündə formalaşmasında mühüm rol oynadığını qeyd edib.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr sektoru müdiri Aytən Səfərəliyeva çıxışında ölkədə peşə təhsili sahəsində həyata keçirilən islahatlardan, bu istiqamətdə hazırlanan konseptual yanaşmalardan və regionlarda gənclər üçün yaradılan yeni imkanlardan söz açıb. Bildirib ki, Peşə festivalı kimi tədbirlər şagird və tələbələrə biliklərini nümayiş etdirmək, praktiki bacarıqlarını inkişaf etdirmək və gələcək karyeraları ilə bağlı qərar vermək üçün əlavə platforma yaradır.

Ağdaş Peşə Məktəbinin direktoru Elmira Qafarova isə rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyəti, mövcud ixtisaslar və tələbələr üçün yaradılan şərait barədə ətraflı məlumat verib.

Festival çərçivəsində peşəyönümlü müxtəlif stendlər qurulub və iştirakçılara aşpazlıq, dərzilik, çilingərlik, elektrik qaynaqçılığı, bərbərlik və digər ixtisaslar üzrə təqdimatlar edilib. Sərgilərdə təhsilalanların hazırladığı məhsullar, əl işləri və layihələr nümayiş olunub. İştirakçılar təqdim olunan peşələrlə yaxından tanış olmaq, peşə təhsili müəssisələrinin praktiki fəaliyyətini izləmək və interaktiv fəaliyyətlərə qoşulmaq imkanı əldə ediblər.

Eyni zamanda, festival çərçivəsində interaktiv zonalar da açılıb. Burada şagirdlər və valideynlər üçün maarifləndirici təqdimatlar və ustad dərsləri təşkil olunub. Balacalar üçün nəzərdə tutulmuş əyləncə guşələrində isə uşaqlar üçün yaradıcı və sosial bacarıqları inkişaf etdirən fəaliyyətlər keçirilib.

Tədbirin bədii hissəsində yerli incəsənət kollektivlərinin çıxışları təqdim olunub.

“Peşən Sənsən” Peşə festivalı regionda peşə təhsilinin təbliği və ictimaiyyətin bu sahəyə diqqətinin artırılması baxımından əhəmiyyətli tədbir kimi qiymətləndirilib. Bu kimi təşəbbüslər gənclərin peşəkar inkişafına töhfə verməklə yanaşı, əmək bazarının tələblərinə uyğun kadr hazırlığını da stimullaşdırır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 May 2025 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri