Peskov Azərbaycan təyyarəsi ilə bağlı ABŞnin açıqlamasına REAKSİYA
Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycana məxsus təyyarənin vurulması ilə bağlı ABŞ hakimiyyətinin açıqlamasına münasibət bildirib.
Modern.az-ın məlumatına görə, Peskov Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı ABŞ-ın bəyanatlarını şərh etməyib və Federal Hava Nəqliyyatı Agentliyinin rəhbərinin sözlərinə diqqət yetirməyi təklif edib.
Ağ Evin sözçüsü Con Kirbi jurnalistlərə açıqlamasında deyib ki, sübutlar Qazaxıstanda qəzaya uğrayan Azərbaycan Hava Yollarının təyyarəsinin Rusiya tərəfindən vurulduğunu göstərir.
“Bu təyyarənin Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulması ehtimalına işarə edən bəzi ilkin əlamətlər müşahidə etmişik”, - o deyib.
Kirbi bildirib ki, ABŞ hökuməti Qazaxıstan və Azərbaycan rəsmilərinə istintaqda kömək etməyi də təklif edib.
Dekabrın 25-də "Azərbaycan Hava Yolları"nın (AZAL) Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəza enişi edib. Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər həlak olub, onlar arasında Azərbaycan, Rusiya, Qazaxıstan və Qırğızıstan vətəndaşları var.
AZAL qəzaya uğrayan “Embraer 190” təyyarəsinə kənar müdaxilə olduğunu bəyan edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 28 Dekabr 2024 14:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















