Peskov Azərbaycanla bağlı elə şeylər dedi ki…
News24 portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycanla bağlı diqqətçəkən açıqlama verib.
News24.az Musavat.com-a istinadla xəbər verir ki, o, Moskvanın Bakının Ukrayna məsələsində tutduğu mövqeyi yaxşı bildiyini deyərək, bu məsələdə iki ölkə arasında ciddi fikir ayrılığı olduğunu açıq şəkildə bəyan edib.
“Rusiyaya Azərbaycan rəhbərliyinin Ukrayna məsələsinə dair mövqeyi məlumdur. Bu məsələdə fikirlərimiz üst-üstə düşmür”, – deyə Peskov bildirib.
Bununla belə, Kremlin sözçüsü vurğulayıb ki, Ukrayna ilə bağlı bu fikir ayrılığı iki ölkə arasında münasibətlərin istiləşməsinə əngəl olmamalıdır. O, ümid etdiklərini bildirib ki, Azərbaycanla soyuqluq mərhələsi arxada qalacaq və dialoq davam etdiriləcək.
Peskovun bu fikirləri Kremlin Azərbaycanla münasibətlərə yenidən diqqət verdiyini və fikir ayrılıqlarına baxmayaraq, Bakı ilə əməkdaşlıq xəttini saxlamaq istədiyini göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 22 İyul 2025 16:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















