Icma.az
close
up
RU
Peskov: “Bakı və Moskva əlaqə saxlayırlar” VİDEO

Peskov: “Bakı və Moskva əlaqə saxlayırlar” VİDEO

Icma.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

AzVision.az bildirir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov keçirdiyi brifinqdə belə açıqlama verib. Kremlin sözçüsü vurğulayıb ki, Moskva ilə Bakı arasında yaranan problemlər konstruktiv şəkildə həll edilməlidir.
“Rusiya diplomatları Azərbaycan tərəfi ilə daim əlaqə saxlayır və saxlanılan rusların maraqlarını müdafiə edirlər. Həmçinin, Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin və Baş prokuror İqor Krasnov Azərbaycanın Baş prokuroru Kamran Əliyevlə əlaqə saxlayırlar”, - Dmitri Peskov bildirib.
Zaxarova: “Azərbaycanla əlaqələrimiz çox vacibdir” | VİDEO Yeri gəlmişkən, ötən həftə Rusiya Xarici İşlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiya-Azərbaycan dostluq münasibətlərinin “son dərəcə vacib” olduğunu və bunu pozmağa çalışan qüvvələrin mövcudluğunu diqqətə çatdırıb.
Amma Kremlin mövqeyinə rəğmən, “bulanıq suda balıq tutmağa” çalışan Rusiyadakı ifrat ermənipərəst qüvvələr son hadisələr fonunda fəallaşaraq təxtibatçı bəyanatlar səsləndirirlər.
Belə ki, erməni diasporunun ianələrindən asılı olan Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin Azərbaycanla ixtilafın gələcək inkişafı ssenarilərinin Moskva və Bakının danışıqlar səylərindən asılı olacağını bildirib. Onun iddiasına görə, rəsmi Bakının atdığı addımlara görə Rusiya vətəndaşlarının turizm, iş və ya hər hansı digər məqsədlərlə respublikada olması təhlükəsiz deyil.
Xatırladaq ki, iyunun 27-də Rusiyanın güc strukturları əməkdaşları Yekaterinburqda azərbaycanlıların 10-dan çox mənzilində axtarış apararaq, 50-yə yaxın adamı saxlayıb. Bu zaman hüquq-mühafizə orqanlarının vəhşi və qanunsuz əməlləri nəticəsində saxlanılan Ziyəddin və Hüseyn Səfərov qardaşları dünyasını dəyişib. Azərbaycanda aparılan tibbi ekspertiza onların ölümlərinin döyülmə və mümkün işgəncələr nəticəsində baş verdiyini sübuta yetirib.
Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://azvision.az
archiveBu xəbər 07 İyul 2025 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see304

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see294

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see285

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see277

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see261

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see259

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see243

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see236

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see225

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see207

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see197

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see195

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see191

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see189

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see185

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see175

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see171

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see170

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see165

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri