Peskov: Biz Ukrayna ilə bağlı danışıqlara hər zaman açığıq
Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.
Kremlin sözçüsü Dmitri Peskov 2022-ci ildə İstanbulda əldə olunan razılaşmalar əsasında Ukrayna ilə bağlı danışıqlara açıq olduqlarını bildirib.
Turkustan.az xəbər verir ki, Kremlin sözçüsü Peskov ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın paytaxt Moskvada “Truth Social” sosial media platformasında verdiyi açıqlamaları dəyərləndirib.
Rusiyanın Ukrayna ilə bağlı mövqeyinin məlum olduğunu izah edən Peskov, Ukraynanın danışıqları rədd edən və imtina etməyə davam edən tərəf olduğunu iddia edərək, “Hərbi əməliyyatların dərhal dayandırılması üçün şərtləri prezident Putin Rusiya Xarici İşlər Nazirliyində etdiyi çıxışda ortaya qoydu"- dedi.
Peskov ölkəsinin Ukrayna məsələsi ilə bağlı danışıqlara açıq olduğunu bəyan edib və bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə danışıqları qadağan edən fərmanı ləğv etməli və Zelenski İstanbul razılaşmaları əsasında dialoqun bərpasına göstəriş verməlidir.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 09 Dekabr 2024 16:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















