Peskov Ermənistanın Aİ üzvlüyü perspektivinə münasibət bildirib
Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Fevralın 12-də Ermənistan parlamenti respublikanın Avropa İttifaqına daxil olması prosesinin başlanmasına dair qanun layihəsini birinci oxunuşda qəbul edib. RF prezidentinin mətbuat katibi Dmitri Peskov buna münasibət bildirib.
O, TASS-ın sualını cavablandırarkən deyib: “Dövlətlər onilliklərdir ki, Avropa İttifaqına (Aİ) qoşulmaq üçün növbə gözləyir, lakin hələlik Ermənistan Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlükdən aşkar dividendlər alır”.
“Biz [Aİ-yə daxil olmaq üçün] uzun növbəyə qoyulmuş bir çox ölkələrin təcrübəsini bilirik, bu təcrübə onilliklərlə ölçülür. Amma hələlik biz ondan irəli gəlirik ki, Ermənistan Avrasiya iqtisadi inteqrasiyası proseslərində Aİİ üzvlüyündən öz dividendlərini almağa davam edir. Bu dividendlər göz qabağındadır”, - Kreml nümayəndəsi bildirib.
P.ƏMİRCANOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 12 Fevral 2025 15:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















