Peskov: Estoniya Rusiyanı hədəfə alsa, nüvə silahı ona yönəldiləcək
Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib ki, əgər Estoniyada Rusiya əleyhinə yönəlmiş nüvə silahları yerləşdirilərsə, Moskva simmetrik tədbirlər görəcək.
Qaynarinfo xəbər verir ki, o, bu barədə jurnalist Pavel Zarubinə açıqlama verib.
"Əgər Estoniya ərazisində bizim əleyhimizə yönəlmiş nüvə silahı olarsa, bizim nüvə silahımızı Estoniya ərazisinə yönəldiləcək və Estoniya bunu açıq şəkildə anlamalıdır", deyə Peskov qeyd edib.
Peskov vurğulayıb ki, Rusiya Avropa ölkələrinə təhdid etmir: "Estoniya bizimlə çox yaxındadır. Biz Estoniyaya və digər Avropa ölkələrinə təhdid etmirik".
Sözçünün sözlərinə görə, Moskva milli təhlükəsizlik vəzifələrinə uyğun hərəkət edəcək: "Rusiya həmişə öz təhlükəsizliyini təmin etmək üçün lazım olanı edəcək, xüsusilə nüvə qarşısının alınması məsələlərində".
18 fevral tarixində Estoniya xarici işlər naziri Margus Tsahkna NATO-nun nüvə silahlarını ölkədə yerləşdirməyə hazır olduqlarını açıqlayıb. 2025-ci ilin yayında Estoniya müdafiə naziri Hanno Pevkur bildirib ki, ölkə NATO müttəfiqlərinin nüvə başlıqlarını daşıya bilən hərbi təyyarələrini qəbul edə bilər.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 22 Fevral 2026 16:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















