Peskov: İlham Əliyev Vladimir Putini ad günü münasibətilə təbrik edəndə görüşməyə razılaşıblar
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Oktyabrın 7-də Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putini ad günü münasibətilə telefonla təbrik edəndə, liderlər oktyabrın 9-da Düşənbədə görüşməyə razılaşıblar".
Oxu.Az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov rusiyalı jurnalist Pavel Zarubinə deyib.
Peskov iki liderin oktyabrın 9-da Tacikistanda keçirilən görüşünə hazırlıq barədə də danışıb:
"Müəyyən hazırlıqlar var idi. Təbii ki, Prezident Əliyev Putini ad günü münasibətilə təbrik etdiyi telefon zəngindən sonra bu görüş üçün son hazırlıqlar görülüb", - Peskov bildirib.
Kreml nümayəndəsinin açıqlamaları "Rossiya-1" telekanalının "Moskva. Kreml. Putin" proqramında yer alıb.

Prezident Vladimir Putini təbrik edib
12 İyun 2025 11:24
İlham Əliyev Vladimir Putinə zəng etdi
07 Oktyabr 2025 13:56
İlham Əliyev Vladimir Putinə zəng edib
11 Oktyabr 2025 20:28
İlham Əliyev Şavkat Mirziyoyevi ad günü münasibətilə təbrik edib
24 İyul 2025 11:32
İlham Əliyev və Vladimir Putin telefonla danışıb
15 Noyabr 2024 14:32

