Peskov: Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur
Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
Karib böhranından sonra Kreml və Ağ ev arasında yaradılmış qaynar xətt hazırda istifadə edilmir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-a açıqlamasında söyləyib.
O, sözügedən rabitə xəttinin fəaliyyət göstərib-göstərmədiyinə dair suala mənfi cavab verib.
“Xeyr. Rusiya və ABŞ prezidentləri arasında ünsiyyət, hətta videoəlaqə üçün xüsusi qorunan xətt var”, – Peskov qeyd edib. O əlavə edib ki, hazırda bu xətt üzərindən də hətta təcili əlaqələr də qurulmur.
Kremlin saytında verilmiş məlumata görə, Rusiya Prezidenti Vladimir Putin və amerikalı həmkarı Cozef Bayden arasında son telefon danışığı 2022-ci il fevralın 12-də baş tutub.
Qeyd edək ki, “Qırmızı telefon” kimi tanınan qaynar xətt 1963-cü ildə Karib böhranından sonra ABŞ və SSRİ arasında təcili danışıqlar üçün yaradılmışdı. Son illərdə Rusiya və ABŞ prezidentləri “qırmızı telefon” əvəzinə adi qapalı xətt vasitəsilə ünsiyyət qururdular.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 20 Noyabr 2024 07:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















