Peskov: Putin Trampın Ukrayna ilə bağlı səylərini yüksək qiymətləndirir
Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampın Rusiya-Ukrayna münaqişəsinin həllinə kömək etmək istəyini yüksək qiymətləndirir. Bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib. Məlumatı “Kommersant” verib.
Peskovun sözlərinə görə, Moskvanın Vaşinqtonun vasitəçilik səylərinə ehtiyacı var: “Biz də, Prezident Putin də Trampın bu münaqişənin tənzimlənməsinə kömək etmək istəyini yüksək qiymətləndiririk. Onun şəxsən və komandasının üzvlərinin göstərdiyi səyləri yüksək qiymətləndiririk. Bu, çox vacibdir.
O, jurnalistlərə deyib: “Biz görürük ki, indi vasitəçilik səylərinə tələbat var. Məsələn, bizim üçün. ABŞ-ın Ukrayna münaqişəsini sülh yolu ilə həll etmək səyləri tələb olunur”.
İyunun əvvəlində “Foreign Policy” mənbələrinə istinadən xəbər verib ki, Donald Tramp Moskva və Kiyevi onun tələblərini yerinə yetirməməkdə ittiham edərək, Rusiya-Ukrayna münaqişəsinin həllində vasitəçiliyi dayandıra bilər. Peskov qeyd edib ki, Rusiya və Ukrayna arasında danışıqlarda irəliləyiş digər məsələlərlə yanaşı, Donald Trampın vasitəçiliyi sayəsində əldə edilib.
P.ƏMİRCANOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 19 İyun 2025 14:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















