Peskov: Rusiya Azərbaycan və Ermənistanın danışıqlar prosesindəki müstəqil addımlarını alqışlayır
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
"Rusiya Ermənistanla Azərbaycan arasında sülh nizamlanmasına kömək göstərməyə hazırlığını saxlamaqdadır, lakin tərəflərin müstəqil addımlarını da alqışlayır".
Oxu.Az TASS-a istinadla xəbər verir ki, bu sözləri Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib. Bununla da o, Ermənistan parlamentinin sədri Alen Simonyanın bəyanatını şərh edib.
A.Simonyan bəyan etmişdi ki, Rusiyanın nizamlamada iştirakı keçmiş təcrübə haqqında pis xatirələr səbəbindən az ehtimal olunandır.
"İrəvandan müxtəlif səviyyələrdə vasitəçilərə ehtiyacın olmaması barədə bəyanatlar eşitmişik. Həm İrəvan, həm Bakı danışıqları bu prosesi sona çatdırmağa qədər davam etdirməyə özləri artıq qadirdirlər. Biz istənilən mümkün köməklik göstərməyə hazırlığımızı saxlayaraq, onların müstəqil səylərini alqışlayacağıq", - deyə D.Peskov vurğulayıb.
Kreml nümayəndəsi Moskvanın mövqeyini açıqlayıb: "Əsas odur ki, Cənubi Qafqaz regionu proqnozlaşdırıla bilən, dinc bölgə kimi qalsın və o, həqiqətən də rifah və əməkdaşlıq ərazisinə çevrilsin".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 11 Fevral 2025 14:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















