Peskov: Rusiyanın elan etdiyi atəşkəs 8 və 9 mayda qüvvədə olacaq
Icma.az, Apa.az saytına istinadən bildirir.
Rusiya tərəfinin Ukraynanın mayın 6-dan qüvvəyə minən "sükut rejimi"nə heç bir reaksiyası olmayıb.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Ukrayna Prezidenti Volodimir Zelenskinin 6 may gecə yarısından etibarən "sükut rejimi" barədə açıqlamalarına münasibət bildirərkən deyib.
Kreml sözçüsü vurğulayıb ki, Moskva tərəfindən elan edilən atəşkəs 8 və 9 mayda qüvvədə olacaq.
Peskov Rusiyanın Ukrayna münaqişəsinin həlli üçün danışıqların və Vaşinqtonun bu prosesdə vasitəçilik etməyə davam edəcəyini gözlədiyini bildirib.
Rusiya prezidentinin mətbuat katibi qeyd edib ki, Yaxın Şərqdəki böhran səbəbindən amerikalı danışıqçılar hazırda digər məsələlərlə məşğuldurlar.
Peskov Kremlin Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerovun ABŞ-a səfərinin məqsədi barədə məlumatsız olduğunu da qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 07 May 2026 14:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















