Peskov Trampın İranla birbaşa danışıqlar aparmaq istədiyinə dair açıqlamalarına münasibət bildirib
Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.
İranın nüvə problemi yalnız sülh yolu ilə həll edilməlidir.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ prezidenti Donald Trampın İranla birbaşa danışıqlar aparmaq istədiyinə dair açıqlamaları haqqında danışarkən bildirib.
Onun sözlərinə görə, Rusiya İranın nüvə dosyesindəki problemlərin yalnız siyasi və diplomatik yollarla müzakirə edilməli və həll edilməli olduğuna inanır. "İstisnasız olaraq bu belədir. Hesab edirik ki, tərəflər bütün məsələləri müzakirə edərkən təmkinli olmalı və diqqətini diplomatik səylərə yönəltməlidir. Hazırda biz ABŞ-la münasibətlərimizi bərpa etməklə məşğuluq, lakin İran həm də bizim tərəfdaşımızdır, çox inkişaf etmiş və çoxşaxəli münasibətlərimiz olan müttəfiqdir", - Kremlin sözçüsü vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 04 Aprel 2025 14:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















