Peskov Ukrayna ilə danışıqların növbəti raundunun mövzularını açıqlayıb
Icma.az, Oxumeni.az portalına istinadən məlumat yayır.
Birbaşa danışıqların üçüncü raundu zamanı Rusiya və Ukrayna nümayəndə heyətləri humanitar mübadilənin davam etdirilməsini və sülh yolu ilə nizamlanmaya dair memorandumların layihələrini müzakirə edəcəklər.
Oxuməni.az “RBC”ya istinadla xəbər verir ki, Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPİEF) çərçivəsində “İzvestiya”ya müsahibəsi zamanı bildirib.
Onun sözlərinə görə, hazırda iyunun 22-dən sonra Moskva və Kiyev arasında danışıqların növbəti raundunun tarixləri hazırlanır.
Rusiya prezidenti Vladimir Putin bundan əvvəl Rusiya və Ukrayna tərəflərinin növbəti görüşünün iyunun 22-dən sonra keçirilə biləcəyini bildirib.
Almaz Həsənli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 19 İyun 2025 14:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















