Peskov: Ukrayna Ordusu bu 4 regiondan çıxarsa, sülh olacaq
Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.
Ukraynada sülhün əldə olunması üçün Ukrayna qoşunlarının Rusiyanın tərkibinə daxil olan Donbass və Novorossiya vilayətlərinin ərazilərindən çıxarılması zəruridir.
Turkustan.az xəbər verir ki, bunu Fransanın “Le Point” jurnalına müsahibəsində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O, jurnalın müxbiri Ann Nivanın bu şərt yerinə yetirildiyi təqdirdə münaqişənin bitib-bitməyəcəyi ilə bağlı sualını cavablandırarkən deyib: “Əgər Ukrayna öz qoşunlarını bu dörd regiondan çıxararsa, bəli”.
O xatırladıb ki, bu regionlar Rusiya Federasiyasının Konstitusiyasında onun tərkib hissələri kimi təsbit olunub. Peskov həmçinin qeyd edib ki, hazırda bu rayonların bəzi əraziləri hələ də Kiyev rejimi tərəfindən işğal olunub. "Referendumların nəticələrinə əsasən, bu ərazilər Rusiya Federasiyasının inzibati sərhədlərinə daxil edilib. Bizim nöqteyi-nəzərimizdən bu, həm de-yure, həm də de-fakto vəziyyətdir"-deyə, Peskov bildirib.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 23 Aprel 2025 23:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















