Peskovdan Zelenskiyə cavab: Rusiya ukraynalıları Ankarada yox, İstanbulda gözləyir
Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiya nümayəndə heyəti Ukrayna tərəfini Ankarada deyil, İstanbulda gözləyir.
Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərin sualını cavablandırarkən bildirib.
O, Volodimir Zelenskinin Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra danışıqlarda iştirak edib-etməmək barədə qərar verəcəyinə dair xəbərlərə münasibət bildirib.
"Bunu heç cür şərh edə bilmərəm. Nümayəndə heyətimiz İstanbulda gözləyir, Ankarada yox," – deyə Peskov qeyd edib.
"Sky News" nəşri adının açıqlanmasını istəməyən ukraynalı rəsmiyə istinadla yazıb ki, Ukrayna prezidenti Rusiya ilə danışıqlarda iştirak edib-etməməyə dair qərarını Ərdoğanla görüşdən sonra verəcək.

Putin İstanbulda keçiriləcək Rusiya Ukrayna danışıqlarında iştirak edəcəkmi? Peskovdan AÇIQLAMA
15 May 2025 13:14
İstanbulda və Ankarada toqquşmalar yaşanır VİDEO
22 Mart 2025 09:56
Peskovdan Suriya açıqlaması: “Rusiya aviabazasına...”
10 Mart 2025 16:23
Zelenski: Putinlə Ankarada da, İstanbulda da görüşməyə hazıram
13 May 2025 17:53
Mayın 15 də İstanbulda ukraynalıları gözləyəcəyik
13 May 2025 22:51

