Peter Siyarto: Hər bir qarşıdurmanın sona çatması bütün dünya üçün yaxşı xəbərdir
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
"Dünyada baş verən müharibə və silahlı münaqişələr hər kəsin təhlükəsizliyini təhdid edir, buna görə də hər bir qarşıdurmanın sona çatması bütün dünya üçün yaxşı xəbərdir".
Oxu.Az-ın verdiyi məlumata görə, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto özünün "X" hesabında bəyan edib.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında dünən imzalanmış ilkin sülh sazişi təkcə Qafqaz regionunun deyil, həm də qlobal təhlükəsizliyin möhkəmlənməsi baxımından böyük irəliləyişdir.
Nazir vurğulayıb ki, ABŞ Prezidenti Donald Tramp bir daha özünü "sülh prezidenti" kimi təsdiqləyib.
"Biz burada, Mərkəzi Avropada ümid edirik ki, Pakistan-Hindistan, İran-İsrail və Azərbaycan-Ermənistan münaqişələrindən sonra Alyaskada keçiriləcək danışıqlarda Rusiya-Ukrayna müharibəsinə də son qoyulacaq", - deyə Siyarto əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 09 Avqust 2025 17:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















