Peter Siyyarto: Avropa İttifaqı Ukrayna üzrə danışıqlar masasından kənarda qalıb
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 18 fevral, AZƏRTAC
Avropa İttifaqı nə siyasi, nə də iqtisadi baxımdan əvvəlki mövqeyini qoruyub saxlaya bilməyib və Ukrayna üzrə danışıqlar masasında təmsil olunmur.
AZƏRTAC xəbər verir ki, Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyyarto bunu “CNN Türk” telekanalına müsahibəsində deyib. “Avropada müharibə getdiyi halda, Brüssel danışıqlar masasında yoxdur. Hazırda masa arxasında amerikalılar, ukraynalılar, ruslar və ərəblər əyləşib. Bu da Avropa İttifaqının təcrid olunduğunu göstərir”, – deyə nazir bildirib.
Qeyd edək ki, Ukrayna, ABŞ və Rusiya arasında yeni danışıqlar raundu fevralın 17–18-də Cenevrədə keçirilir. Danışıqların ilk günü gərgin şəraitdə baş tutub və tərəflər çərşənbə günü təmasların davam etdirilməsi barədə razılığa gəliblər.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov ABŞ və Rusiya ilə keçirilən üçtərəfli danışıqların ilk günündən sonra Birləşmiş Ştatların və Avropa ölkələrinin, o cümlədən Böyük Britaniya və Fransanın nümayəndələri ilə ayrıca görüş keçirdiyini və onları danışıqların nəticələri barədə məlumatlandırdığını vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 18 Fevral 2026 12:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















