Peter Stoyanov: Azərbaycanı enerji sahəsində ən etibarlı tərəfdaşımız hesab edirik
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
“Azərbaycanı enerji sahəsində ən etibarlı tərəfdaşımız hesab edirik”.
APA-nın xəbərinə görə, bunu Bolqarıstanın sabiq Prezidenti Peter Stoyanov BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Çoxtərəflilik yol ayrıcında: Çağırışlar və sülhə gedən yol” adlı yan tədbirdə çıxışı zamanı deyib.
“Bu, Bolqarıstan üçün son dərəcə vacibdir. Azərbaycan Prezidenti İlham Əliyevlə görüşən Bolqarıstan Respublikasının Baş naziri Rosen Jelyazkovla dərhal sonra görüşdüm. Bu görüş çox uğurlu keçib. Xüsusən də Rusiyanın Ukraynaya hücumundan sonra orada baş verənlər fonunda enerji sahəsində əməkdaşlıq təkcə Bolqarıstan üçün deyil, bütövlükdə Şərqi Avropa üçün çox əhəmiyyətlidir. Əminəm ki, Azərbaycan Qərb üçün getdikcə daha maraqlı və cəlbedici ölkəyə çevriləcək. Bakı bu gün Avropanın ən təsirli və gözəl şəhərlərindən biridir”, - deyə Peter Stoyanov bildirib.

