Icma.az
close
up
RU
Petkim in etilen istehsalı 2 dəfə artırıla bilər

Petkim in etilen istehsalı 2 dəfə artırıla bilər

Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki yatırımı "Petkim Petrokimya Holding" şirkətinin neft-kimya sahəsindəki uzunmüddətli investisiya planı olan Master Plan layihəsində əsas mühəndis layihələndirmə (FEED) işləri rəsmən başlayıb.

BAKU.WS şirkətə istinadən xəbər verir ki, bu çərçivədə güclü tövsiyələri ilə seçilən mühəndislik şirkətləri ilə FEED lisenziya və mühəndislik müqavilələri imzalanıb. Master Plan layihəsi ilə etilen və polipropilen güclərinin artırılması, ümumi polimer istehsalının isə mövcud səviyyəsinin iki qatından yuxarıya çıxarılması hədəflənir.

Məlumata görə, 70 milyon ABŞ dolları vəsait ayrılan FEED işlərinin 2027-ci ilin sonuna qədər tamamlanması planlaşdırılır.

"Petkim" tərəfindən həyata keçirilən Master Planda, SOCAR ilə "Technip Energies" şirkəti arasında iyul ayında imzalanan Niyyət Anlaşmasının ardından, "Petkim" ilə "Technip Energies" arasında FEED (Üç Mühəndislik Dizaynı) və MFSC (Mixed Feed Steam Cracker - Qarışıq Xammal Buxar Krekinq Qurğusu) texnologiyası çərçivəsində lisenziya müqaviləsi imzalanıb.

Pre-FEED işlərini izləyən FEED prosesində layihənin əhatə dairəsi ilə texniki, kommersiya və iqtisadi parametrləri ətraflı şəkildə qiymətləndiriləcək.

Məlumatda qeyd edilib ki, Master Plan FEED işlərinə dair "Technip Energies" ilə FEED müqaviləsi imzalanıb. Həmçinin Master Plan layihəsi çərçivəsində dəyərləndirilməkdə olan polietilen qurğusu üçün "Univation Technologies, LLC" ilə lisenziya müqaviləsi, polipropilen qurğusu üçün "Lummus Novolen Technology GmbH" ilə lisenziya və mühəndislik müqaviləsi, MFSC texnologiyası üçün isə "Technip Energies" ilə lisenziya müqaviləsi imzalanıb. Beləliklə, Master Planın müxtəlif istehsal qurğuları və texnologiyalarına yönəlik müqavilə proseslərində mühüm bir mərhələ tamamlanıb.

FEED işlərinin tamamlanmasının ardından yekun investisiya qərarı qəbul edildiyi halda, "Petkim"in illik 588 min ton olan etilen tutumunun 1,2 milyon tona, illik 145 min ton olan polipropilen tutumunun isə 550 min tona çatdırılması hədəflənir.

Master Plan çərçivəsində nəzərdən keçirilən yeni qurğular və tutum artımları ilə birlikdə "Petkim"in ümumi polimer istehsalının da mövcud səviyyəsinin iki qatından yuxarı çatdırılması nəzərdə tutulur.

"SOCAR Turkiye"nin neft emalı və neft-kimya bölməsinin rəhbəri Kənan Mirzəyev bildirib ki, Master Plan layihəsi çərçivəsində iyul ayında "Technip Energies" ilə imzalanan Niyyət Sazişinin ardından FEED müqaviləsinin imzalanması, layihənin planlanan istiqamətdə irəlilədiyi göstərən konkret və mühüm bir addımdır: "FEED mərhələsində layihənin texniki və kommersiya parametrlərini daha ətraflı şəkildə qiymətləndirəcək, yekun investisiya qərarına əsas təşkil edəcək mühəndislik işlərini həyata keçirəcəyik. Bununla yanaşı polietilen, polipropilen və MFSC texnologiyalarına yönəlik lisenziya və mühəndislik müqavilələrinin imzalanması da layihənin müxtəlif komponentlərində mühüm irəliləyiş əldə etdiyimizi göstərir. FEED prosesinə cəmi 70 milyon dollar vəsait ayırdıq. Bunu "Petkim"in gələcəyinə etdiyimiz bir investisiya olaraq görürük".

O qeyd edib ki, Master Plan çərçivəsində nəzərdən keçirilən investisiyaların, FEED işlərinin tamamlanmasının ardından mümkün yekun investisiya qərarının qəbul edilməsi ilə etilen və polipropilen istehsal güclərini əhəmiyyətli dərəcədə artırmağı, ümumi polimer istehsalını isə mövcud səviyyəsinin iki qatından yuxarı çatdırılması hədəflənib: "Layihəni Türkiyənin neft-kimya sektorundakı uzunmüddətli ehtiyaclarına cavab verəcək, şirkətin rəqabət qabiliyyətini və dayanıqlığını dəstəkləyəcək strateji bir transformasiya layihəsi olaraq qiymətləndiririk. Bu mərhələdə atılan addımlar "Petkim"in gələcəyinə və Türkiyənin petrokimya ekosisteminin inkişafına töhfə verəcək".

K. Mirzəyev deyib ki, Master Plan layihəsi ilə şirkətin mövcud istehsal infrastrukturunun uzunmüddətli davamlılığının dəstəklənməsi, istehsal gücünün və texnoloji infrastrukturunun inkişaf etdirilməsi və emal-neft-kimya inteqrasiyasının daha da gücləndirilməsi hədəflənir: "Master Plan layihəsi çərçivəsindəki yekun investisiya qərarına yönəlik qiymətləndirmələr isə FEED işlərinin tamamlanmasının ardından həyata keçiriləcək".

Qeyd edək ki, əsası 1965-ci il aprelin 3-də qoyulmuş "Petkim Petrokimya Holding" Türkiyənin aparıcı neft-kimya kompleksidir. Kompleksdə plastik kütlə, tekstil məmulatları, eləcə də digər istehlak və sənaye mallarının istehsalında istifadə olunan etilen, polietilen, polivinilxlorid, polipropilen və digər neft-kimya məhsulları istehsal edilir. İndiyənədək Türkiyənin ilk və yeganə inteqrasiya olunmuş neft-kimya obyekti olan "Petkim"in təkmilləşdirilməsi üzrə işlərə 1,6 milyard ABŞ dolları həcmində investisiya qoyulub.

"SOCAR Turkey" şirkəti "Petkim Petrokimya Holding"in nəzarət səhm paketinin sahibidir. "Petkim"in səhmləri İstanbul Fond Birjasında qiymətləndirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://baku.ws
archiveBu xəbər 29 Sentyabr 2026 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see294

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see290

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see280

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see267

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see260

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see256

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see243

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see231

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see224

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see217

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see212

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see212

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see211

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see208

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see203

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see194

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see194

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see183

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see178

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri