Petro Zelenskini tənqid etdi: “O, siyasətini dəyişməli və Putinlə danışmalıdır”
Icma.az, Sfera.az portalına istinadən məlumat yayır.
Kolumbiyanın Prezidenti Qustavo Petro Ukrayna Prezidenti Volodimir Zelenskini tənqid edib. O, Zelenskinin Qərb silahlarından istifadə edərək müharibəyə başladığını və indi tək qaldığını bildirib.
Sfera.az “Haber Global”a istinadən xəbər verir ki, Petro bu fikirləri “X” sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, Zelenski Qərb tərəfindən tərk edilib və Rusiya öz silahları ilə Ukraynanı çətin vəziyyətə salıb. “Bu vəziyyətdə Zelenski siyasətini dəyişməli və slavyan xalqları arasında birliyi təmin etməyə çalışmalıdır”, – deyə Kolumbiya Prezidenti vurğulayıb.
Petro həmçinin tərəfləri dialoqa çağırıb: “XXI əsrin müharibələri əsasən fosil iqtisadiyyatının müharibələridir. Zelenski Putinlə birbaşa, vasitəçilər olmadan danışmalı və slavyan dünyasında siyasi və iqtisadi barış haqqında açıq saziş imzalamalıdır”.
Fidan Hacızadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 03 Mart 2025 10:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















