Icma.az
close
up
RU
Peyğəmbərin adı çəkildi, müsəlmanlar hərəkətə keçdi: 3 vəd verilib İsrail detalı

Peyğəmbərin adı çəkildi, müsəlmanlar hərəkətə keçdi: 3 vəd verilib İsrail detalı

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Suriyanın cənubunda druzlarla hökumət qüvvələri arasında baş verən silahlı toqquşma gərginliyin miqyasının böyüyəcəyinə dair narahatlıqları artırıb.

Məlumata görə, yerli druz liderlərindən birinin Məhəmməd peyğəmbəri təhqir etməsi müsəlmanların hiddətinə səbəb olub və nəticədə qalmaqal toqquşma ilə nəticələnib. Hökumət qüvvələri isə druzlarla suriyalı ərəblər arasında başlamış qarşıdurmanı yatırmaq məqsədilə ölkənin cənubuna göndərilib. Lakin bundan hiddətlənən druzlar ordu bölmələrinə atəş açıblar.

Həmçinin İsrail Silahlı Qüvvələrinin druzların müdafiəsinə qalxdığı və Dəməşqə hava hücumu həyata keçirdiyi bildirilir.

Globalinfo.az-a danışan Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu deyib ki, Suriya hökuməti ilə Caramanadakı druz icmasının nümayəndələri arasında son toqquşmalar və artan etnik gərginliyi həll etmək üçün görüş keçirilib:

“Hər iki tərəf zorakılıq nəticəsində həlak olanların ailələrinə hüquqların bərpası və maddi təzminatın ödənilməsi, eləcə də hücumlara görə məsuliyyət daşıyanların ədalətə təqdim edilərək məsuliyyətə cəlb olunması ilə bağlı razılığa gəlib.

Lakin Suriyanın cənubunda druz icması ilə hökumət qüvvələri arasında baş verən silahlı toqquşma ölkədəki mürəkkəb etnik və dini münasibətlərin nə qədər həssas və partlayışa meyilli olduğunu bir daha ortaya qoydu. Hadisənin təməlində dini hisslərin təhqir olunması dayanır — konkret halda, Məhəmməd peyğəmbərin təhqiri kimi qəbul edilən ifadələr müsəlman əhalinin hiddətinə səbəb olub. Bu isə druzlarla müsəlman ərəblər arasında qarşıdurmaya, dolayısıyla hökumət qüvvələrinin müdaxiləsinə gətirib çıxarıb.

Druzların orduya qarşı silahdan istifadəyə əl atması və nəticədə hər iki tərəfdən ölənlərin olması, bu qarşıdurmanın sadəcə lokal yox, eyni zamanda sistemli və simvolik bir böhran olduğunu göstərir. Bu, həm də Suriyada dövlətin milli birlik və ictimai sabitlik əldə edilməsi istiqamətində hələ çox iş görməli olduqlarını fikrini əsaslandırır”.


Vüqar Zifəroğlu

Ekspertin sözlərinə görə, hadisədən sonra hökumətlə druz icması nümayəndələri arasında keçirilən görüş və əldə olunan razılaşma böhranın diplomatik yollarla azaldılmasına yönəlik pozitiv addım kimi qiymətləndirilə bilər.

“Həlak olanların ailələrinə maddi təzminat və hüquqların bərpası, eləcə də məsul şəxslərin ədalətə cəlb olunacağına dair öhdəlik, etimadı bərpa etməyə və gələcək qarşıdurmaların qarşısını almağa xidmət edir.

Lakin bu cür razılaşmaların effektivliyi onun icrasında və davamlı izlənməsindədir. Əgər hökumət tərəfindən verilən vədlər yerinə yetirilməz və məsuliyyət daşıyanlar cəzasız qalarsa, bu, daha böyük və dərin parçalanmalara yol aça bilər. Belə vəziyyətlərdə mərkəzi hakimiyyətin həm hüquqi, həm də sosial cəhətdən balanslı siyasət yürütməsi vacibdir.

Nəzərə almaq lazımdır ki, druz icması Suriyada sayca azlıq təşkil etsə də, onların özünəməxsus dini və etnik kimliyi, həmçinin silahlı strukturlar üzərində müəyyən təsirə malik olmaları, bu icmanı siyasi və hərbi baxımdan əhəmiyyətli bir aktora çevirir. Əgər mövcud gərginlik düzgün idarə olunmaz və hökumətin verdiyi vədlər kağız üzərində qalarsa, bu, druz icması daxilində daha radikal elementlərin güclənməsinə səbəb ola bilər. Bundan isə Suriyada marağı olan üçüncü qüvvələr maksimum dərəcədə yararlanmağa çalışacaqlar”.

Turan Rzayev
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 01 May 2025 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see200

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see184

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see167

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see162

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see159

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see146

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see143

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see142

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri