“Peyğəmbərin nəslindənəm” Mehmet Ali Erbil
Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Tanınmış türkiyəli şoumen Mehmet Ali Erbil şəxsi həyatı və açıqlamaları ilə yenidən gündəmə gəlib.
“Qafqazinfo” xəbər verir ki, o, qatıldığı proqramda babasının şeyxin nəvəsi olduğunu bildirərək, diqqətçəkici bir iddia irəli sürüb.
“Mərhum babam şeyx nəslindən idi, ona görə də, təbii ki, mənim nəslim də eynidir”, - şoumen qeyd edib.
Proqramın aparıcısı Erbilə “Deməli, sən də Peyğəmbərin nəslindənsən” deyərək şərh verib və şoumen bu fikri təsdiqləyib.
Proqram zamanı Erbil uşaqlığı və ailəsi ilə bağlı səmimi açıqlamalar da verib, ailəsindən kifayət qədər sevgi görmədiyini bildirərək, duyğulu anlar yaşayıb.
Qeyd edək ki, Mehmet Ali Erbilin mənşəyi İraqla bağlıdır. Onun babası kürd Şeyx Esede Erbili 1835-ci ildə İraqın Ərbil şəhərində anadan olub. Atası məşhur aktyor Səadəttin Ərbildir.
Baxış sayı:115
Bu xəbər 20 Mart 2026 06:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















