Icma.az
close
up
RU
Menu

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Pezeşkian 1996 cı ildə Bakıya niyə gəlmişdi? Azərbaycanlı dostu a DANIŞDI

Pezeşkian 1996 cı ildə Bakıya niyə gəlmişdi? Azərbaycanlı dostu a DANIŞDI

Icma.az, Modern.az saytına istinadən bildirir.

İranın hazırki Prezidenti Məsud Pezeşkian ixtisasca ürək cərrahıdır. O, bir müddət həkim kimi çalışıb, hətta daha sonra İran İslam Respublikasının səhiyyə naziri vəzifəsində işləyib. 
Məsud Pezeşkian vaxtilə Azərbaycana - Bakı şəhərinə də gəlib.
Bunu Modern.az-a Bakıdakı Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Ürək cərrahlığı şöbəsinin müdiri Fazil Abbasov deyib. 
O, hətta vaxtilə Məsud Pezeşkianla qısa müddət ərzində bir yerdə çalışıb.

Fazil Abbasov bildirib ki, Pezeşkian bir neçə dəfə Bakıya gəlib və onun qonağı olub:

"Məsud Pezeşkian ilk dəfə Təbriz Universitetinin rektoru işləyəndə, 1996-cı ildə Bakıya gəlmişdi. O zaman Tibb Universitetində, Səhiyyə Nazirliyində onun görüşləri olub. Bizim instituta gəlib ürək cərrahı kimi apardığımız əməliyyatlara baxmışdı. Birlikdə çörək yedik, tanışlığımız yarandı. 1997-ci ildə isə mən Təbrizə getdim. Oradakı əməliyyatlara baxdım, yeniliklərlə tanış oldum. Bakıya gələndən iki il sonra mən Pezeşkianla danışdım və əməkdaşlarımla birlikdə 10 günlüyə Təbrizə getdik. O, bizə yaxşı şərait yaratdı, Təbriz Universitetinin otelində yer ayırdı, yemək-içməyimizi təşkil etdi. İşçilərimiz orada çox şey öyrəndi və geri qayıtdıq.
Daha sonra iki dəfə də o, Azərbaycana gəldi. Axırıncı dəfə “Bakı ürək günləri” konfransında iştirak edib. Orada bir yerdə olduq. Bundan sonra bir-iki dəfə də mənim evimdə qonaq olub. Mən onu qonaq çağırırdım, çünki o da məni Təbrizdə qonaq edirdi. Məsud Pezeşkian Təbrizin müxtəlif rayonlarında 10 dənə poliklinika açıb. Hamısını da bizə göstərirdi".

Fazil Abbasov Məsud Pezeşkianın Azərbaycandan Təbrizə müalicəyə gedən xəstələri pulsuz əməliyyat etdiyini də deyib:

"Tehrandan Təbrizə gəlib Ürək Cərrahiyəsi yaratmışdılar. Professor Məsud Pezeşkian, professor Abbas və Tərvizi Riyazat o zaman Azərbaycandan gedənləri pulsuz əməliyyat edirdilər. Ən çox da Naxçıvandan ora gedirdilər".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Yanvar 2025 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see336

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see328

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see325

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see315

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see276

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see265

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see262

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see258

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see253

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see250

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see228

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see227

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see219

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see213

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see210

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see208

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see195

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see193

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see185

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri