Pezeşkian: ABŞ la danışıqlar dost dövlətlərin xahişi əsasında keçiriləcək
Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İran Prezidenti Məsud Pezeşkian ABŞ-la mümkün danışıqların yalnız milli mənafe çərçivəsində aparılacağını bildirib.
"Cebheinfo.az" xəbər verir ki, Pezeşkian bu barədə “X”-də bildirib.
O qeyd edib ki, regiondakı dost ölkələrin ABŞ Prezidentinin danışıqlarla bağlı təklifinə cavab verilməsi istiqamətində xahişlərini nəzərə alaraq xarici işlər nazirinə müvafiq göstəriş verib.
“Xarici işlər nazirinə tapşırdım ki, yalnız münasib atmosferin olduğu, təhdidlərin və məntiqsiz gözləntilərin olmadığı halda, izzət prinsipi, hikmət və məsləhət əsasında, milli mənafeyimiz çərçivəsində ədalətli danışıqlar üçün zəmin hazırlasın”, – Pezeşkian bildirib.
Qeyd edək ki, “Axios”un yaydığı məlumata görə, İranın xarici işlər naziri Abbas Əraqçi ilə ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff arasında İstanbulda görüşün keçirilməsi planlaşdırılır.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 03 Fevral 2026 12:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















