Icma.az
close
up
RU
Pezeşkian ABŞ və İsrailin gizli niyyətini AÇIQLADI

Pezeşkian ABŞ və İsrailin gizli niyyətini AÇIQLADI

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İran Prezidenti Məsud Pezeşkian dövlət televiziyasına verdiyi müsahibədə ABŞ və İsrailin İranı çox qısa müddətdə çökdürməyi hədəflədiyini bildirib.

"Cebheinfo.az" xarici mediaya istinadən xəbər verir ki, o, həmçinin təhlükəsizlik səbəbindən Müctəba Xameneyi ilə əlaqə saxlamağın hazırda çox çətin olduğunu qeyd edib.

Pezeşkian bildirib ki, İran çox böyük bir təhlükəni dəf edib.

Onun sözlərinə görə, düşmən qüvvələr ölkəni Suriyadakı kimi xaosa sürükləyərək 48 saat ərzində nəzarəti ələ keçirməyi planlaşdırıblar.

Pezeşkian iddia edib ki, Vaşinqton və Təl-Əviv rəhbərlikləri Tehrana qarşı gizli planlar hazırlayıb.

O qeyd edib ki, Qərb ölkələri və İsrail İranı çox qısa müddətdə çökdürmək istəyiblər.

Pezeşkian vurğulayıb ki, plan Suriyadakı kimi daxili qarşıdurma yaratmaq və 48 saat ərzində ölkəyə nəzarəti ələ keçirmək olub:

“Bütün çətinliklərə və təzyiqlərə baxmayaraq, İran ayaqda qalıb və bu gün beynəlxalq arenada güclü, şərəfli və nüfuzlu dövlət kimi mövcudluğunu davam etdirir”.

İran Prezidenti dövlət televiziyasına verdiyi müsahibədə qarşıdurmalar zamanı həyatını itirən keçmiş dini lider Əli Xameneyi, yüksək rütbəli hərbi komandirlər və nüvə sahəsində çalışan alimlərə qarşı törədilən sui-qəsdlərə də toxunub:

"Bu barədə xeyli düşünmüşəm, lakin liderimizi, komandirlərimizi və alimlərimizi niyə öldürdüklərinə dair məntiqli bir səbəb tapa bilmirəm. Həyatını itirən komandirlərin və alimlərin əksəriyyəti təvazökar həyat tərzi sürüb. Komandirlərimizin və alimlərimizin əksəriyyətinin nəinki sərvəti, hətta öz evi belə yox idi".

Pezeşkian xaricdə yaşayan İran vətəndaşlarının vəziyyətinə də toxunaraq bildirib ki, onların vətənə qorxmadan qayıtması təmin edilməlidir:

“Keçmiş dini lider Əli Xameneyi də bu məsələdə əhatəli mövqe sərgiləyirdi. Bir insanın keçmişdə hansısa problemi ola bilər. Amma biz ona deməliyik ki, ölkəsinə qayıtsın.

Qayıdanda isə onu həbs etməməliyik. Hər bir vətəndaş bu torpaqların ayrılmaz hissəsidir və ölkənin qapıları hamının üzünə açıq olmalıdır”.

Prezident münaqişələrin cəmiyyətə, xüsusilə də gənclərə ağır təsir göstərdiyini də qeyd edib:

“Çox sayda gənc həyatını itirib, yaralanıb və ya əlil olub. Baş verənləri hələ də unuda bilmirəm. Kaş ki, hadisələr bu həddə çatmasaydı".

O, dövlətin bütün vətəndaşlara bərabər və ədalətli yanaşmalı olduğunu vurğulayıb:

"Xalq – ideologiyasından, inancından, etnik mənsubiyyətindən və ya cinsindən asılı olmayaraq bu ölkədə yaşayan hər kəsdir".

Pezeşkian təhlükəsizlik səbəbindən Müctəba Xameneyi ilə əlaqə saxlamağın hazırda çox çətin olduğunu da bildirib:

"Hazırda onunla əlaqə saxlamaq həqiqətən çox çətindir. Lakin buna baxmayaraq, onun varlığı bu prosesi davam etdirə bilməyimiz baxımından bizim üçün çox böyük güc mənbəyidir".

Gülər 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 Avqust 2026 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see406

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see394

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see377

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see362

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see251

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see247

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see240

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see237

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see232

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see227

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see218

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see211

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see200

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see196

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see183

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see178

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see178

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see170

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri