Icma.az
close
up
RU
Pezeşkian: ABŞ və ya İsrail hücum edərsə, İran layiqli cavab verəcək

Pezeşkian: ABŞ və ya İsrail hücum edərsə, İran layiqli cavab verəcək

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

İran hərbi münaqişəyə can atmır, lakin ABŞ və ya İsrail onun ərazisinə hücum edərsə, buna kifayət qədər sərt cavab verəcək.

Bizimyol.info xəbər verir ki, İslam Respublikasının prezidenti Məsud Pezeşkian bu barədə "NBC News" telekanalına müsahibəsində bildirib.

Aparıcı İranın nüvə proqramını pozmaq üçün ABŞ və İsrailin müzakirə etdikləri zərbəyə Tehranın reaksiyasının necə olacağını soruşub.

“İstənilən hərəkətə layiq olduğu kimi cavab verəcəyik. Biz müharibədən qorxmuruq, amma buna can atmırıq.

Mən həqiqətən ümid edirəm ki, bu baş verməyəcək, çünki bu, təkcə bizə deyil, münaqişənin bütün tərəflərinə zərər verəcək”, - deyə Pezeşkian qeyd edib.

2024-cü il dekabrın 19-da prezidentin milli təhlükəsizlik məsələləri üzrə köməkçisinin baş müavini Conatan Finer bəyan edib ki, Birləşmiş Ştatlar İranın nüvə silahı hazırlamaq və ya başqa yolla əldə etmək qərarına gəldiyinə inanmır. O, Vaşinqtonda Karnegi Fondunda keçirilən konfransda çıxış edərək, ABŞ-ın İranın nüvə silahı əldə etməsinin qarşısını almağa qərarlı olduğunu vurğulayıb.

Həmin il noyabrın 29-da İran Beynəlxalq Atom Enerjisi Agentliyinə (MAQATE) Fordo və Natanzdakı nüvə obyektlərində zənginləşdirilmiş uran istehsalı üçün təxminən 6 min yeni sentrifuqa quraşdırmaq planı barədə məlumat verdi. Eyni zamanda Tehran sentrifuqalardan istifadə etməklə uranı 5%-ə qədər zənginləşdirmək niyyətində olduğunu açıqlayıb. 2015-ci il Birgə Kompleks Fəaliyyət Planında (JCPOA) nəzərdə tutulan maksimum zənginləşdirmə səviyyəsi 3,67% təşkil edir.

JCPOA BMT Təhlükəsizlik Şurasının daimi beşliyi və Almaniya 2015-ci ildə İranla nüvə inkişafı ilə bağlı böhranı həll etmək üçün imzalanıb. 2018-ci ildə Tramp prezident kimi ilk müddətində sazişdən çıxıb və JCPOA şərtlərinə əsasən ləğv edilmiş bütün anti-İran sanksiyalarını bərpa edib. Buna cavab olaraq İran parlamenti 2020-ci ildə sanksiyaların ləğvi və İran xalqının mənafeyinin qorunması üçün strateji tədbirlər haqqında qanunu qəbul edib və buna uyğun olaraq, nüvə sazişi üzrə bir sıra öhdəlikləri, o cümlədən agentlik və İslam Respublikası arasında Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə çərçivəsində təminat sazişindən kənarda MAQATE yoxlamalarına son qoyaraq, ciddi monitorinq tədbirlərini qadağan edib.

İran hakimiyyətinin fikrincə, Qərb Tehranın nüvə proqramının inkişafı üzərində mövcud nəzarət sistemlərini bərpa etmək üçün JCPOA-nın şərtlərinə tam əməl etməyə qayıtmalıdır.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 15 Yanvar 2025 07:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see257

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see197

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see151

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see140

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see140

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see132

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see131

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see131

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see128

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see128

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see127

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see127

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see127

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri