Pezeşkian: Azərbaycan və İran bir birinə kömək edib, sağlam münasibətlər qurmalıdır
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan və İran arasında əlaqələrin inkişaf etdirilməsi vacibdir.
APA xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian AZTV-yə verdiyi müsahibədə bildirib.
"İki qonşu və qardaş bir-biri ilə nə etməlidir? Biz malik olduğumuz bütün potensial və imkanları – iqtisadiyyat, sənaye, elm və digər sahələrdə – qarşılıqlı əlaqələr üçün istifadə edə bilərik. Qonşular olaraq bir-birimizə böyük dəstək verə bilərik," – deyə Pezeşkian bildirib.
O qeyd edib ki, ölkələr arasında sağlam münasibətlərin qurulması üçün əməkdaşlıq genişləndirilməli, universitetlər arasında elmi və mədəni əlaqələr yaradılmalıdır.
"Bu tayla o tay bir-birimizin qohumuyuq. Ona görə də gediş-gəliş üçün yolları açmalı, bir-birimizə kömək etməliyik" – Pezeşkian əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 27 Aprel 2025 21:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















