Pezeşkian Azərbaycanla bağlı tapşırıq VERDİ
Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
İranın Ərdəbil valisi Məsud İmami Azərbaycan sərhədində gömrük rəsmiləri ilə görüşüb.
Redaktor.az xəbər verir ki, “Mehr” Agentliyinin məlumatına görə, görüşdə iki ölkə arasında ticarətin inkişafı üçün gömrük əməkdaşlığının genişləndirilməsinin vacibliyi vurğulanıb.
Azərbaycan rəsmilərilə görüşdə tərəflər sərhəd-keçid məntəqələrində prosedurların sürətləndirilməsi, keçidlərin asanlaşdırılması və iqtisadi əlaqələrin genişləndirilməsi məsələlərini müzakirə ediblər.
Ərdəbil valisi bildirib ki, sərhəd əməkdaşlığının genişləndirilməsi və gömrük proseslərindəki maneələrin aradan qaldırılması İranla Azərbaycan arasında ticarət dövriyyəsinin yüksəlməsinə imkan yaradacaq.
Məsud İmami İran Prezidenti Məsud Pezeşkianın göstərişləri istiqamətində fəaliyyət göstərdiklərini qeyd edib.
"Ticarətin inkişafı, iqtisadi diplomatiya və Ərdəbil vilayətinin Azərbaycanla sərhəd imkanlarından ən səmərəli şəkildə istifadə etmək gündəmimizin əsas məsələlərindəndir", - deyə o bildirib.
Görüşdə İranın Bakıdakı səfiri Müctəba Dəmirçilu da iştirak edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 06 Avqust 2026 14:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















