Icma.az
close
up
RU
Pezeşkian Bakıda nələri müzakirə edəcək?

Pezeşkian Bakıda nələri müzakirə edəcək?

Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.


İran prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri baş tutarsa, bu, İran-Azərbaycan münasibətlərinə yeni impuls verə bilər. Azərbaycan bu səfəri çoxdan gözləyirdi.

Bakupost.az xəbər verir ki, bu fikirləri Musavat.com-a şərhində Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.

Deputat vurğulayıb ki, Azərbaycanın yanaşması belədir ki, İran yaxın qonşu olduğu kimi, ən yaxın dost və qardaş ölkə olmalıdır:

“Təəssüf ki, İran xarici siyasətində bunu nəzərə almır, üzünü başqa istiqamatlərə tutur ki, bu İranın xarici siyasətini müəyyənləşdirən ideoloji mərkəzlərin mövqeyi əsasında baş tutur. Nəticə etibarilə, hazırkı reallıq onu göstərir ki, bu cür mövqe İrana o qədər də böyük dividentlər qazandırmır. İran xarici siyasətinin prioritetləri son bir neçə ildə özünü doğrultmadı. Azərbaycan prioritetlərdən biri olmalıdır, bu prioritet dostluğa, qardaşlığa əsaslanmalı, ortaq dil və mədəniyyət komponentlərinə söykənməlidir. Belə olarsa, İran Azərbaycanın timsalında dərin strateji müttəfiq qazana bilər və bu tarixi müttəfiqlik ola bilər. Amma xarici siyasətində, təkcə, Cənubi Qafqazda Ermənistanın prioritet seçilməsi İrana heç nə vəd etmir, sadəcə manipulyasiya vəd edir. İranın xarici siyasətində Azərbaycanın prioritet olacağına ümid edirik. İki ölkə arasında bu məsələlər müzakirə edilməlidir. Bu baxımdan iki ölkə başçısının intensiv qarşılıqlı səfərləri yeni reallıqlar yarada, yeni tarixi səhifə aça bilər”.

Deputat vurğulayıb ki, bəzi əsaslar İran-Azərbaycan münasibətlərində müəyyən qədər gərginliklər yaradır:

“Xüsusilə, regional inteqrasiya, Zəngəzur dəhlizi, Ermənistanın aqressiv siyasətinin dəstəklənməsi kimi məsələlər İran-Azərbaycan münasibətlərində gərginliklər yaradır. Bu mövqe bir gündə dəyişməyəcək. Sözsüz ki, İranın xarici siyasətində birdən-birə dəyişiklik olmayacaq. Gərginlik yaradan ikinci məsələ etnik azərbaycanlılarla bağlı məsələlərdir. İran Konstitusiyasında nəzərdə tutulduğu kimi, azərbaycanlıların dil hüquqlarının nəzərə alınmaması, gözardı edilməsi narahatlıq yaradır. Hətta İran prezidenti Məsud Pezeşkianın doğma dilində danışmasının ictimaiyyət tərəfindən qınanması kimi məqam da var. Bütün bu məsələləri bir görüşdə müzakirə etmək, İranın daxili və xarici siyasətində paradiqmal dəyişiklik gözləmək xəyalpərəstlik olardı. Hər bir halda bu məsələlər müzakirə olunmalıdır. Əlbəttə, İran prezidentinin Azərbaycana səfəri tarixi səfər kimi dəyərləndirilə bilər. Hər hansı mövzuda razılaşma əldə olunub-olunmamasından asılı olmayaraq, İranın azərbaycanlı prezidentinin Azərbaycana səfər etməsi və İran xalqı adından səfər etməsi mühüm hadisə ola bilər. Təlatümlü mərhələlərdən keçsə də, İran-Azərbaycan münasibətləri yaxşı olmağa məhkumdur çünki Azərbaycanın İrana qarşı heç bir ərazi yoxdur, İranın da Azərbaycana qarşı ərazi iddiası yoxdur. Belə olan halda, xalqlarımızın ortaq dil bənzərliyi üzərində elə münasibətlər inşa etmək olar ki, hər iki dövlət güclü edə bilər. Düşünürük ki, bu, belə də olacaq”.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:163
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 05 Aprel 2025 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see261

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see243

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see224

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see223

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see220

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see204

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see203

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see199

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see195

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see195

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see194

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see183

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see177

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see175

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see170

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see160

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see158

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see153

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri