Pezeşkian Bakıda şeir söylədi Bir görəydim ayrılığı kim saldı?
Sitat.info portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İran Prezidenti Məsud Pezeşkian Heydər Əliyev Mərkəzində keçirilmiş Azərbaycan-İran biznes forumunda şeir deyib.
Sitat.info xəbər verir ki, o, Prezident İlham Əliyevin də iştirak etdiyi tədbirdə böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poemasınından iki bənd söyləyib.
Zalda şeirin elə ilk bəndi sürəkli alqışlarla qarşılanıb.
M.Pezeşkianın söylədiyi həmin iki bənd:
Bir uçaydım bu çirpınan yelinən,
Bağlaşaydım dağdan aşan selinən,
Ağlaşaydım uzaq düşən elinən,
Bir görəydim ayrılığı kim saldı?
Ölkəmizdə kim qırıldı, kim qaldı?
Mən sənintək dağa saldım nəfəsi,
Sən də qeytər, göylərə sal bu səsi,
Bayquşun da dar olmasın qəfəsi,
Burda bir şir darda qalıb bağırır,
Mürüvvətsiz insanları çağırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 28 Aprel 2025 21:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















