Icma.az
close
up
RU
Pezeşkian bunkerdə gizlənməmişdi, İsrail onu niyə hədəf almadı?..

Pezeşkian bunkerdə gizlənməmişdi, İsrail onu niyə hədəf almadı?..

Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


İran Prezidenti Məsud Pezeşkian nəsə etməyə çalışır. Onun müharibədən sonra verdiyi açıqlamalar, İranda yaşayan xalqların, o cümlədən türklərin öz dilində danışmaq zərurətini bildirməsi, ölkəsindəki mühafizəkarların etirazına rəğmən, Xankəndiyə gələrək İlham Əliyevlə ikinci dəfə görüşməsi buna işarədir. Məsud Pezeşkian ABŞ Prezidenti Donald Trampa yaxınlığı ilə bilinən jurnalist Taker Karlsona Tehranda verdiyi müsahibədə başqa maraqlı fikir də söyləyib. Pezeşkian İranın ali rəhbəri Seyid Əli Xameneinin amerikalı investorların ölkəyə gələ biləcəyinə inandığını deyib. Pezeşkianın sözlərinə görə, Xamenei bildirib ki, amerikalı investorlar İrana gələ bilər və onların fəaliyyətinə heç bir maneə yoxdur. Doğrusu, buna bir qədər şübhəylə yanaşıram.

Bakupost.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.

“Xamanei “Amerikaya ölüm” şüarının həmmüəlliflərindən biridir. ABŞ İsrailə qoşularaq İranın uranı zənginləşdirən mərkəzlərinə ağır bombalar atıb. Bundan keçən qısa müddətdə ali dini liderin amerikalı investorları İrana dəvət etməsi onun və arxasındakı mühafizəkar qüvvələrin baxışlarıyla üst-üstə düşmür. Ancaq son hadisələrin İrandakı mühafizəkar qüvvələrin xarici və təhlükəsizlik siyasətinə baxışlarını dəyişdirdiyini də istisna etmək olmaz. Bəlkə anladılar ki, ABŞ-İsrail ittifaqı ilə üz-üzə gəlməkdənsə, biri ilə normal münasibətlər qurmağa ehtiyac var. Hər nədirsə, mühafizəkarlar Məsud Pezeşkianı qabağa veriblər. İsrailin müharibə zamanı Məsud Pezeşkianı qətlə yetirmək planının olduğuna inanmıram. Pezeşkian Xameneidən fərqli olaraq, müharibə günlərində bunkerdə gizlənməmişdi. Yəni İsrail üçün Pezeşkianı öldürmək çətin olmamalıydı. Ancaq bu, İsrailin ən böyük yanlışı olardı. Ona görə də İsrail İran Prezidentinin deyil, ali dini liderin ovuna çıxmışdı. Məsud Pezeşkian İranın dünyaya açılmasını, neft pullarının proksi qüvvələrə deyil, İran vətəndaşlarının sosial problemlərinin həllinə yönəldilməsini və qonşularla yaxşı münasibətlər istəyir. Onun başı üzərindəki qüvvələr də bunu istəyirmi? Əsas sual budur”, - o vurğulayıb.

Asena,
BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 07 İyul 2025 23:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see314

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see311

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see301

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see271

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see267

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see259

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see253

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see250

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see247

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see239

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see222

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see221

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see220

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see219

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see217

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see215

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see210

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see208

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see201

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri