Pezeşkian çağırış etdi: “Etirazçılarla qarşıdurmadan çəkinin”
Icma.az, Bakupost portalına istinadən məlumat yayır.
İran prezidenti Məsud Pezeşkian ölkədə 12 gündən artıqdır davam edən etirazlar fonunda təhlükəsizlik qüvvələrini maksimum təmkinli davranmağa çağırıb.
Bakupost.az xəbər verir ki, bununla bağlı, İran prezidentinin icra məsələləri üzrə müavini Məhəmmədcəfər Qaempənah məlumat verib.
Qaempənah iki gün əvvəl Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə müsahibəsində bildirib ki, prezidentin yeni qərarına əsasən, milli təhlükəsizliyə ciddi təhdid olmadığı hallarda təhlükəsizlik qüvvələri etirazçılarla qarşıdurmadan mümkün qədər çəkinməlidir.
Onun sözlərinə görə, silah və bıçaq gəzdirən, eləcə də hərbi və hüquq-mühafizə orqanlarının mərkəzlərinə hücum edən şəxslər iğtişaşçılar kimi dəyərləndirilir. Bununla yanaşı, Qaempənah vurğulayıb ki, təhlükəsizlik qüvvələri dialoq və dinc ünsiyyəti təmin etməli, İran xalqının tələblərinə qulaq asmalıdır.
Cavid, BakuPost
Bu mövzuda digər xəbərlər:Əraqçi: Məsud Pezeşkian etirazçılarla dialoqa girib
12 Yanvar 2026 21:58
Avropa Şurasından Gürcüstana çağırış: Eskalasiyadan çəkinin
04 Dekabr 2024 16:03
Pezeşkian xalqa çağırış etdi
17 Mart 2026 15:16
Pezeşkian qubernatorlara əmr verdi: Etirazçılarla, ölənlərin ailələrilə görüşün!
27 Yanvar 2026 17:10
Pezeşkian Roma Papasına çağırış etdi
20 Noyabr 2024 16:08
Baxış sayı:110
Bu xəbər 09 Yanvar 2026 11:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















