Pezeşkian: Deyirlər ki, hökumət bacara bilmirsə, kənara çəkilsin
Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Bəzən deyirlər ki, hökumət bacara bilmirsə, kənara çəkilsin ki, başqaları da bu işi görsün. Cavabım aydındır: kim düyünü aça bildiyini iddia edirsə, biz kənara çəkilməyə hazırıq. Mən bu hazırlığı parlamentdə də bəyan etmişəm; layihəni, yeri və səlahiyyəti təhvil verəcəyik, gedib həyata keçirəcəyik”.
KONKRET.az IRNA-ya istinadla xəbər verir ki, bunu İran Prezident Məsud Pezeşkian “İslami şuraların Vəziyyəti və Xalqın Konstitusiyada iştirakı” adlı milli konfransda deyib.
O əlavə edib: “Büdcənin cəmi 2% artımı o deməkdir ki, hökumət öz xərclərini mümkün qədər sıxışdırıb. Bir tərəfdən, maaş artımı gözləntisi var, digər tərəfdən, vergilərin artmayacağı. Həm də gəlir mənbələrinin məhdud olduğu, neft satışının da sanksiyalarla üzləşdiyi bir zamanda. Belə bir şəraitdə real qərarlar qəbul etməsək, ölkəni özümüz böhrana sürükləyib sonra onun nəticələrindən şikayət edəcəyik.
İran Prezidenti kollektiv hərəkət etmənin vacibliyini vurğulayıb: “Əgər biz bir-birimizi tənqid etməyə hazırlaşırıqsa, bu yol ikitərəfli olmalıdır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 06 Yanvar 2026 16:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















