Pezeşkian ərəb ölkəsində də Azərbaycan dilində şeir oxudu
Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İran prezidenti Məsud Pezeşkian Omanın paytaxtı Maskat şəhərində İran vətəndaşları ilə görüşündə Güney Azərbaycanın görkəmli şairi Məhəmmədhüseyn Şəhriyarın şeirini oxuyub.
Modern.az xəbər verir ki, Pezeşkian şeiri Azərbaycan dilində səsləndirib və onun bu hərəkəti alqışla qarşılanıb. Prezident məşhur “Heydər babaya salam” şeirindən bir parça səsləndirib.
Xatırladaq ki, Məsud Pezeşkian bu il aprelin 28-də Bakıda səfərdə olarkən də Şəhriyarın “Heydər babaya salam” şeirindən bir neçə bənd səsləndirmişdi.
Məsud Pezeşkian həmin şeiri Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Bakıda keçirilən Azərbaycan-İran biznes forumunda söyləmişdi. İran Prezidentinin bu jesti salona toplaşan forum iştirakçılarının alqışı ilə qarşılanmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 29 May 2025 16:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















