Pezeşkian Ermənistanla Azərbaycan arasındakı sülh prosesindən danışdı
Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İran Prezidenti Məsud Pezeşkian Ermənistan və Azərbaycan arasındakı sülh sazişindən məmnunluğunu ifadə edərək, bu prosesi regionda təhlükəsizliyin möhkəmləndirilməsi və regional əməkdaşlığın inkişafı yolunda müsbət addım adlandırıb.
Moderator.az "Mehr" agentliyinə istinadən xəbər verir ki, Pezeşkian bu sözləri Tehranda Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşdə deyib.
Qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarını vurğulayan Pezeşkian əlavə edib:
"Biz konstruktiv qarşılıqlı fəaliyyət yolu ilə irəliləməliyik ki, xalqların sülh, qarşılıqlı hörmət və dinc şəraitdə yan-yana ömür sürdüyü bir dünya quraq".
O, qonşularla münasibətlərin inkişafını İranın xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu qeyd edib. İranın regional inkişafa dair prinsipial yanaşmasını vurğulayan Pezeşkian bildirib:
"Bizim əsas siyasətimiz regionda sülh, sabitlik və davamlı təhlükəsizliyi dəstəkləməkdir. Biz heç bir şəkildə qeyri-sabitlik və ya gərginlik tərəfdarı deyilik, çünki hər hansı bir qeyri-sabitlik regionun bütün ölkələrinə zərər verəcəkdir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:175
Bu xəbər 24 Fevral 2026 21:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















