Icma.az
close
up
RU
Pezeşkian “guya dost olan ölkələr kömək etmədi” dedikdə Azərbaycanı nəzərdə tutur?

Pezeşkian “guya dost olan ölkələr kömək etmədi” dedikdə Azərbaycanı nəzərdə tutur?

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

“Pezeşkian açıqlaması çox qeyri-müəyyəndir. İran Prezidenti “dost” deyəndə hansı ölkələri nəzərdə tutur, bilinmir, yəni konkret adlar yoxdur”.

Bu sözləri “Yeni Sabah”a şərqşünas-yazar Kənan Rövşənoğlu deyib.

Onun sözlərinə görə, İranın hazırkı administrasiyasının, əsasən, qonşu ölkələrlə, o cümlədən Azərbaycan, İraq, Türkiyə və Orta Asiya ölkələri ilə siyasi-iqtisadi münasibətləri yaxşı vəziyyətdədir:

“Hərbi müttəfiqliklə bağlı hüquqi sənəd olmalıdır. İranın Rusiya ilə belə sazişi var idi, lakin hələ qüvvəyə minməmişdi. Buna görə də Məsud Pezeşkianın bəhs etdiyi məsələ açıq deyil. Heç ortada İsraillə rəsmi müharibə də yox idi. Yəni əvvəlcə müharibə elan olunmalıdır ki, hər hansı müttəfiq ona dəstək versin".

Şərqşünas-yazar qeyd edib ki, Azərbaycan və İran münasibətləri son 1 ildə normallaşıb:

"Amma bu, müttəfiq olmaq demək deyil. Bunun üçün rəsmi razılaşmalar olmalıdır. İranın müttəfiq deyə biləcəyi ölkələr Rusiya və Çindir”.

K. Rövşənoğlu vurğulayıb ki, İrandakı islahatçı siyasətçilərin Rusiyaya münasibəti soyuqdur:

“Onlar zaman-zaman Rusiyanı ittiham edirlər. Bu məsələdə haqlı və haqsız məqamlar var. Haqlı məqamlar odur ki, son 20 ildə Rusiya bir neçə dəfə İrana silah satmaqdan imtina edib. Lakin müharibənin gedişində silah dəstəyi real deyil. İran həm “S-400” məsələsində, həm də hərbi təyyarələrin alışı ilə bağlı Rusiya ilə müqavilə imzalasa da, Moskva bunu gecikdirib”.

Araşdırmaçı vurğulayıb ki, İrandakı mühafizəkarlar Rusiya və Çinlə yaxın olmağa daha çox üstünlük verirlər:

“Faktiki olaraq, Rusiya hərbi təyyarələri vaxtında təhvil vermədi. İslahatçılar məhz buna görə vaxtaşırı Rusiyanı müttəfiqliyə sədaqətsizlikdə günahlandırırlar. Amma mühafizəkar qanadda belə bir düşüncə yoxdur. İslahatçıların yanaşması belə yozulur ki, onlar daha çox qərbyönümlüdür. Əslində, bunu islahatçı siyasətçilərin özü də gizlətmir”.

Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkian İsraillə 12 günlük müharibə zamanı "guya dost olan ölkələr"in Tehrana kömək etmədiyini dilə gətirib.

Nazim Hacıyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 21 Noyabr 2025 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see197

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see145

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see137

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see137

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri