Icma.az
close
up
RU
Pezeşkian iğtişaşçılara sərt cavab verdi: Bunlar xalq deyil, terrorçudur

Pezeşkian iğtişaşçılara sərt cavab verdi: Bunlar xalq deyil, terrorçudur

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

İran Prezidenti Məsud Pezeşkian dövlət televiziyasına müsahibəsində ölkədəki son iğtişaşlar, iqtisadi problemlər və xarici müdaxilələrlə bağlı geniş açıqlama verib.

Teleqraf xəbər verir ki, dövlət başçısı dinc etirazlarla terror xarakterli iğtişaşlar arasında kəskin fərq qoyaraq, baş verənlərin xarici qüvvələr tərəfindən idarə olunduğunu bildirib.

Prezident bazarların bağlanmasına və sahibkarların etirazlarına toxunaraq, hökumətin bu məsələyə həssaslıqla yanaşdığını vurğulayıb:

"Bazarları bağladılar, etiraz etdilər. Mən şəxsən daxili işlər, sənaye və ticarət nazirlərinə tapşırıq verdim ki, onlarla görüşsünlər. Daha sonra bu binada həmin sahibkarlarla özüm görüşdüm, qayğılarını dinlədik, razılaşmalar əldə etdik. Hökumət iclasında da onların narahatlıqları müzakirə olundu. Biz qəti qərara gəlmişik ki, bu insanların problemlərini mümkün olan hər yolla həll edək".

Pezeşkian bildirib ki, düşmənlər mövcud iqtisadi çətinliklərdən sui-istifadə edərək ölkəni qarışdırmağa cəhd edirlər:

"Düşmənin 12 günlük müharibədəki məqsədi və iradəsi ölkəmizi xaosla üz-üzə qoymaq idi. İndi də bizim iqtisadi müdaxilələrimiz fonunda bu narahatlıqları şiddətləndirmək istəyirlər. Daxildə və xaricdə bir qrup təlimatlandırılıb, xaricdən ölkəyə terrorçular daxil edilib".

İğtişaşlar zamanı törədilən vəhşiliklərdən danışan Prezident sərt ifadələr işlədib:

"Məscidə od vururlar, Rəştdə bazarları və ticarət obyektlərini yandırırlar. Bu mədəniyyətə sahib olan cəmiyyətdə belə hərəkətlər qəbuledilməzdir. Müsəlman xalqımız bu cür adamların cəmiyyət içində olmasını qəbul etməz. Bir qrupu tüfənglə, digərlərini avtomatla öldürdülər, insanları yandırdılar, başlarını kəsdilər. Bunlar xalq deyil, bunlar bu ölkəyə aid deyillər. Bu ölkənin vətəndaşı etiraz edər, biz də onun etirazını dinləyər və həll edərik".

Sonda İran Prezidenti vətəndaşları ayıq-sayıq olmağa çağırıb:

"Xahiş edirəm, hər məhəllədə insanlar birləşsin və iğtişaşçılara imkan verməsinlər. Bizim vəzifəmiz xalqın narahatlığını aradan qaldırmaqdır, lakin daha ali vəzifəmiz bir qrup iğtişaşçının cəmiyyəti alt-üst etməsinə imkan verməməkdir. Ailələrdən xahiş edirəm, qoymayın gəncləriniz baş kəsən, adam öldürən bu terrorçulara qarışsınlar. Bir gecədə bankı, yanğınsöndürən maşını, ictimai nəqliyyatı, məscidi, insanların evini yandırmaq etiraz deyil".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:41
embedMənbə:https://sherg.az
archiveBu xəbər 11 Yanvar 2026 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see242

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see187

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see185

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see178

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see177

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see171

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see148

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see143

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri