Pezeşkian internetin əvvəlki vəziyyətə qaytarılması barədə qərarı təsdiqləyib
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İran prezidenti internetin əvvəlki vəziyyətə qaytarılması barədə qərarı təsdiqləyib.
APA-nın Tehran bürosunun məlumatına görə, İran prezidenti Məsud Pezeşkian internetin əvvəlki vəziyyətə qaytarılması ilə bağlı qərarı bu gün axşam Rəqəmsal İnkişaf və Rabitə Nazirliyinə göndərib.
Məlumata əsasən, İran hökuməti bu gün səhər internetin 8 yanvar tarixindən əvvəlki vəziyyətə qaytarılmasını təsdiqləyib.
Qeyd edək ki, yanvar ayında baş verən hadisələrdən sonra təhlükəsizlik səbəbilə İranda beynəlxalq internet bağlantısı kəsilmiş, daha sonra internet əvvəlki vəziyyətinə qaytarılmışdı.
Lakin ABŞ və İsrailin İrana qarşı hücumlarının 28 fevralda başlamasından sonra internet yenidən məhdudlaşdırılmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 25 May 2026 22:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















