Pezeşkian: İran ordusu ölkəni müdafiə etməyə hazırdır
Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İran ordusu ölkəni müdafiə etməyə hazırdır.
"Report" "Fars" xəbər agentliyinə istinadən xəbər verir ki, bu sözlər İran Prezidenti Məsud Pezeşkianın Milli Ordu Günü münasibətilə yayılan təbrikində qeyd olunub.
M. Pezeşkian həssas şəraitdə mövcud təhdidlərə işarə edərək, ölkənin müdafiəsində silahlı qüvvələrin birgə fəaliyyətini, hazırlığını vurğulayıb və ordunun rolunu həlledici hesab edib.
İran Prezidenti ordunun xalqla dərin bağını, yardım və xidmət sahələrindəki fəal iştirakını müstəsna xüsusiyyətləri kimi xarakterizə edib.
Qeyd edək ki, İranda Milli Ordu Günü hər il 18 aprel tarixində qeyd olunur. Bu gün 1979-cu ildə İslam İnqilabından sonra Ayətullah Xomeyni tərəfindən ordunun xalqla həmrəyliyini nümayiş etdirmək üçün təsis edilib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:193
Bu xəbər 18 Aprel 2026 19:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















