Pezeşkian İran xalqına reallıqları açıqladı
Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Əgər müharibə vəziyyətindəyiksə, müharibə mövqeyi tutmalıyıq. Yalandan heç bir problemimiz olmadığını və düşmənin məhv edildiyini iddia etməməliyik”.
Turkustan.az Teleqraf-a istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
“Rəsmilər cəmiyyətlə dürüst danışmalı və düşmənlərin məhvi fonunda mütləq rifahımız haqqında yalançı təsəvvür yaratmaqdan çəkinməlidirlər. Bu gün istehlakımızı islah etməli və gözləntilərimizi azaltmalıyıq, gəlin əl-ələ verib ayaqda qalaq”, – o bildirib.
Məsud Pezeşkian ölkədə müharibədən qaynaqlanan bahalaşmaya da diqqət çəkib:
“Bəzi insanlar ayağa qalxıb deyirlər ki, niyə bu qədər bahalılıqdır? Biz mübarizə aparırıq, indiyə qədər də aparmışıq, ona görə də belə bahalılıq olmalıdır. Kim mübarizə aparırsa, çətinliyi qəbul etməlidir. Kim şüar səsləndirirsə, şüarlarının arxasında durmalıdır.
Məsələ o deyil ki, biz zərər görməmişik və ya dövlətin imkanları var, amma yatıb qalıb, xalq isə çətin vəziyyətdədir, müharibə vəziyyətindəyik. Həm Allahdan, həm də xurmadan istəyə bilməzsən”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:170
Bu xəbər 18 May 2026 14:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















