Pezeşkian Lukaşenkonu İranın ABŞ ilə danışıqlardakı mövqeyi barədə məlumatlandırıb
Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
Belarus və İran prezidentləri Aleksandr Lukaşenko ilə Məsud Pezeşkian telefon danışığı zamanı Fars körfəzindəki vəziyyəti müzakirə ediblər.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Belarus Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Pezeşkian Fars körfəzi regionundakı cari vəziyyət, həmçinin Tehranın ABŞ ilə danışıqlardakı mövqeyi barədə Lukaşenkonu məlumatlandırıb.
Həmsöhbətlər qeyd ediblər ki, sülh razılaşmalarının əldə edilməsi üçün əsas maneə qarşılıqlı etimadın olmamasıdır.
Lukaşenko Belarusun münaqişənin tezliklə nizamlanmasında maraqlı olduğunu vurğulayıb. İran Prezidenti prinsipial və ardıcıl mövqeyinə görə ona təşəkkür edib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 30 Aprel 2026 17:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















