Icma.az
close
up
RU
Pezeşkian maaşını açıqladı “Problem də məhz burdadır”

Pezeşkian maaşını açıqladı “Problem də məhz burdadır”

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İran lideri Məsud Pezeşkian İranın Qolestan əyalətinə səfəri çərçivəsində səhiyyə sahəsində tibbi xidmətlərdə göndəriş sisteminin gedişatının müzakirə olunduğu iclasda çıxış edib.

O bildirib ki, idarəetmə yanaşması dəyişdirilməli və əsas diqqət ictimai sağlamlığa yönəldilməlidir. Prezident qeyd edib ki, cəmiyyətin sağlamlığı əsas məsuliyyətdir və bu prosesdə nazirlik daha çox dəstəkləyici rol oynamalıdır. Onun sözlərinə görə, akademik heyət üzvləri, həkimlər, tibb bacıları və mamaçalar bir araya gələrək əhalinin məmnunluğunu təmin edəcək praktik həll yolları hazırlamalıdırlar.

Pezeşkian vurğulayıb ki, xalqın sağlamlığı cəmiyyətin əsas dayağıdır və müalicə olunan hər bir insan məmnun qalır. O əlavə edib ki, məqsəd siyasi deyil, yalnız əhalinin sağlamlığı və rifahıdır. Prezident səhiyyə sisteminin elmi potensialının və imkanlarının yüksək olduğunu, birgə əməkdaşlıqla bölgədəki problemlərin qısa müddətdə həll edilə biləcəyini deyib.

Dövlət başçısı həmçinin Məhəmməd Hatəmi dövründə Səhiyyə Nazirliyində nazir müavini işlədiyi illərlə bağlı xatirəsini bölüşüb. O bildirib ki, həmin vaxt bir kəndə səfər zamanı evli iki həkimin gecə saatlarınadək işlədiyini görüb. Bunun səbəbi isə onlara yaxşı maaş verilməsi olub.

Pezeşkian qeyd edib ki, o dövrdə 6 min tümən 6 min dollara bərabər idi. Lakin milli valyutanın dəyər itirməsi nəticəsində hazırda prezident kimi aylıq maaşının 1000 dollar olduğunu deyib və “Problem də məhz bundadır” ifadəsini işlədib.

Prezident əlavə edib ki, bütün bunlarla yanaşı, prioritet istiqamət profilaktik tədbirlər və ilkin səhiyyə mərkəzləri olmalıdır. Bu sahəyə ciddi və düzgün büdcə ayrılmalı, müvafiq qurumlarla sağlam və dayanıqlı müqavilələr bağlanmalıdır.

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 13 Fevral 2026 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see535

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see496

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see368

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see283

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see278

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see271

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see269

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see263

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see261

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see242

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see240

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see240

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see236

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see224

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see215

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see211

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see206

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see188

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see182

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri