Pezeşkian Moskvaya gedir: Tərəfdaşlıq sazişi imzalayacaqlar
Icma.az, Turkstan.az saytına istinadən bildirir.
Şimali Koreyadan sonra Rusiya indi İranla hərtərəfli razılaşma masasına oturur.
Turkustan.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Lavrovun oktyabrda elan etdiyi Moskva ilə Tehran arasında “hərtərəfli strateji tərəfdaşlıq” sazişinin imzalanacağı və rəsmiləşəcəyi tarix müəyyənləşib. Kremldən verilən məlumata görə, İran prezidenti Məsud Pezeşkian yanvarın 17-də Moskvada olacaq.
Bu səfər zamanı o, Rusiya prezidenti Vladimir Putinlə görüşəcək və sazişi imzalayacaqlar.
Bəyanatdakı təfərrüatlara görə, Putin və Pezeşkian sazişin imzalanması ilə yanaşı, ticarət, nəqliyyat və logistika və humanitar sahələrdə ikitərəfli əməkdaşlığın gücləndirilməsi istiqamətində atılan addımları da müzakirə edəcəklər. Bundan əlavə, regional və beynəlxalq gündəlikdəki aktual məsələlər də müzakirə olunacaq.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov oktyabr ayında Rusiya ilə İran arasında imzalanması gözlənilən hərtərəfli strateji tərəfdaşlıq sazişinin müdafiə sahəsində əməkdaşlığı da əhatə edəcəyini açıqlamışdı.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 13 Yanvar 2025 17:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















