Icma.az
close
up
RU
Pezeşkian Şəhriyarın məlum misralarını oxumaqla nə demək istəyir?

Pezeşkian Şəhriyarın məlum misralarını oxumaqla nə demək istəyir?

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Prezident Pezeşkian Şəhriyarın məlum misralarını oxumaqla nə demək istəyir? 

Prezident Pezeşkian bu misraları oxumaqla şübhəsiz ki, öz dövlətinin rəsmi mövqeyinə zidd hərəkət etmir. 

İran dövləti Azərbaycan Respublikasına özünün itirilmiş tarixi ərazisi olaraq baxır.

Bu ərazi, yəni şimali Azərbaycan Rusiya İmperiyası tərəfindən zor gücünə – müharibə yolu ilə Qacarlardan qoparılıb. Arazı təbii sərhəd kimi ruslar müəyyənləşdirib. Bu səbəbdən İran rəsmiləri (etnik mənsubiyyətindən asılı olmayaraq) ayrılıq mövzusunda dərdlənərkən və Şəhriyar poeziyasına müraciət edərkən səmimidirlər.

Onlar Gülüstan və Türkmənçay müqavilələrini İran torpaqlarının itirilməsinə səbəb olan faciə kimi qəbul edirlər. Prezident Həsən Ruhani 2019-cu ildə inqilabın 40-cı ildönümü münasibətilə keçirilən tədbirdə çıxış edərkən aşağıdakları söyləmişdi:

“Bizim millət yaxşı bilir ki, son 205 ildə İranın şimalda və Qafqazda yerləşən ərazilərinin böyük bir hissəsi xain Qacar şahları dövründə ölkədən ayrılıb. 191 il əvvəl İranın şimalının daha bir hissəsini ana vətəndən qoparıblar…”

Yəni, İran dövləti, açıq söyləməsə də, əslində vahid Azərbaycanın tərəfdarıdır – əlbəttə ki, öz tərkibində. İran prezidentinin İran dövlətini parçalayaraq vahid, müstəqil Azərbaycan dövləti qurmaq istədiyinə inanmaq ağla və məntiqə zidd olardı.

Sadəcə olaraq, rejim özünün və dövlətin gələcəyi baxımından ekzistensial təhdid gördüyü üçün etnik türk olan siyasətçini bu mərhələdə önə çıxarmaq zərurəti hiss etdi. Bu, daxili siyasətdə milli birliyə, xarici siyasətdə isə qonşu türk dövlətləri Türkiyə ilə Azərbaycanın İrana qarşı ABŞ-İsrail planlarında yer almasını əngəlləməyə yönəlmiş strateji düşüncənin məhsuludur.

Nəticəsi nə olacaq, o ayrı mövzu…

Şahin Cəfərli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 28 Aprel 2025 23:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see222

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see216

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see198

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see168

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see166

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see156

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see150

Nazir müavini: Bakı Daşkənd əlaqələri iki ölkə liderinin siyasəti sayəsində möhkəmlənir

14 Dekabr 2025 22:43see147

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see140

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see139

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see137

2025 ci ildə ən çox buna pul xərcləmişik

15 Dekabr 2025 19:25see137

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see135

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see134

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see134

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see132

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see132

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see131

Toyota yeni superkarını təqdim etdi 2027 ci ildə satışa çıxacaq

15 Dekabr 2025 02:58see129

Münaqişənin həllinə həmişə olduğundan daha yaxınıq Tramp

16 Dekabr 2025 00:31see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri