Pezeşkian Trampın Daş dövrünə qaytararıq təhdidinə belə CAVAB VERDİ
Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İran prezidenti Məsud Pezeşkian ABŞ-li həmkarı Donald Trampın İranı "Daş dövrünə" qaytarmaqla bağlı təhdidlərinin böyük müharibə cinayəti olub-olmadığı ilə maraqlanıb.
Musavat.com xəbər verir ki, Pezeşkian bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
İran lideri paylaşımında yazıb:
"Bütöv bir milləti daş dövrünə qaytarmaq təhdidi, genişmiqyaslı hərbi cinayətdən başqa bir məna kəsb edirmi? Məhz bu sualı mən hüquqşünas olan finlandiyalı həmkarıma ünvanladım. Tarix cinayətkarların qarşısında susduqları üçün ağır bədəl ödəyənlərin nümunələri ilə doludur".
Xatırladaq ki, bundan əvvəl Donald Tramp ABŞ-nin yaxın 2-3 həftə ərzində İrana qarşı zərbələrin intensivliyini əhəmiyyətli dərəcədə artırmağı planlaşdırdığını bəyan edib və rəsmi Tehranı ölkəni "daş dövrünə" qaytarmaqla hədələyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:168
Bu xəbər 03 Aprel 2026 20:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















