Pezeşkian: Trampın təxribat xarakterli bəyanatlar verməsi təbiidir
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İran Prezidenti Məsud Pezeşkian ABŞ Prezidenti Donald Trampın İranla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
APA-nın Tehran bürosu xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran Pezeşkian qarşı tərəfin təxribat xarakterli bəyanatlar verməsinin təbii olduğunu bildirib.
“Düşmənin təxribat xarakterli bəyanatlarını davam etdirməsi təbiidir. Amma onlar meydanda öz məqsədlərinə çata biliblərmi?” - deyə İran Prezidenti bildirib.
Pezeşkian “İranı parçalamaq istəyənlər nə əldə ediblər?” sualını səsləndirərək əlavə edib:
“Biz inanırıq ki, torpağımızın hər qarışını əməli şəkildə müdafiə etməliyik. Bu cür qeyri-etik ifadələr yalnız onların özlərinə yaraşır, İran xalqına yox”.
İran Prezidenti hazırkı şəraitdə ölkədaxili birlik və həmrəyliyin qorunmasının vacibliyini də vurğulayıb.
“Cəmiyyətdə parçalanma yaradan hər bir davranış və hərəkət bizim gücümüzü zəiflədəcək”, - deyə Pezeşkian qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:178
Bu xəbər 14 İyul 2026 22:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















