Pezeşkian Vaşinqtona mesaj verdi
Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.
İran Prezidenti Məsud Pezeşkian ABŞ-nin güc tətbiq etmək əvəzinə dialoq yolunu seçməsinin daha doğru olduğunu bildirib.
Gununsesi.info xəbər verir ki, Pezeşkian bu fikirləri İrəvanda BMT-nin Səhralaşmaya Qarşı Mübarizə Konvensiyasının 17-ci Tərəflər Konfransı çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə səsləndirib. İran Prezidenti ABŞ-nin təkcə ölkəsi üçün deyil, bütün dünya üçün problemlər yaratdığını vurğulayıb. O, Vaşinqtonun mövcud siyasətini davam etdirməsinin qlobal vəziyyəti daha da pisləşdirə biləcəyini qeyd edib. Pezeşkian İranın qonşu ölkələrlə koordinasiya şəraitində dünya ilə əlaqələrini davam etdirəcəyini bildirib. İran-Ermənistan münasibətlərinə də toxunan Pezeşkian Tehranla İrəvan arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
Nikol Paşinyan isə iki ölkə arasında tarixi və mədəni əlaqələrin əhəmiyyətini qeyd edərək, regionda sülh və sabitliyin təmin olunmasını istədiklərini bildirib. Ermənistanın Baş naziri ölkəsinin qonşu dövlətlərlə münasibətləri inkişaf etdirməyə çalışdığını da diqqətə çatdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 16 Oktyabr 2026 21:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















